Sahil Babayev sosial xərclərə ayrılan vəsaiti AÇIQLADI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
“Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub. Bu 2024-cü illə müqayisədə 602 milyon manat çoxdur”.
Redaktor.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Dövlət başçısının aztəminatlı, xüsusən sosial cəhətdən həssas olan insanlara qayğısının təzahürü kimi, ötən il növbəti sosial islahat zərfi reallaşdırılıb, islahat zərfi çərçivəsində minimum əməkhaqları və pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb, islahatın maliyyələşdirilməsinə dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait sərf edilib”, - deyə S.Babayev qeyd edib.
Nazir, ümumilikdə, son 5 ildə sosialyönlü xərclərin 3,9 mlrd. manat artdığını vurğulayıb.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 12 İyun 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















