Icma.az
close
up
RU
Təhsil xərclərinin artırılmasına çalışacağıq Sahil Babayev

Təhsil xərclərinin artırılmasına çalışacağıq Sahil Babayev

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Elm və təhsil sahələrinə ümumilikdə 5,4 milyard manat vəsait yönəldilir. Bu, ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, təhsil xərcləri ÜDM-in təqribən 3,6 faizini, elm xərcləri isə 0,2 faizini təşkil edir. O, bu iki istiqamətə ayrılan vəsaitlərə birlikdə baxılmasını məqsədəuyğun hesab etdiklərini deyib.

“İmkan olduqca, hər hansı bir sahədə qənaətlərimiz formalaşdıqca növbəti dövrlərdə də ardıcıl olaraq təhsil xərclərinin artırılmasına çalışacağıq. Çünki təhsil və elm xərcləri Azərbaycanın vətəndaşlarının, şagirdlərinin, tələbələrinin və elmi potensialının gələcək inkişafına yönəlmiş xərclərdir”, – nazir bildirib.

Sahil Babayev qeyd edib ki, 2026-cı ildə təhsilə 2025-ci illə müqayisədə 479 milyon manat daha çox vəsait xərclənəcək. Bu, 10 faizdən çox artım deməkdir.

Nazir mədəniyyət, informasiya və gənclər siyasəti bölməsi üzrə ümumilikdə 643 milyon manat nəzərdə tutulduğunu da açıqlayıb. Onun sözlərinə görə, bu məbləğ 2025-ci ilin icra göstəricisindən 116 milyon manat və ya 22 faiz çoxdur.

Siyasi partiyalara ayrılan vəsaitə toxunan Sahil Babayev bu məbləğin bir neçə ildir dəyişmədiyini bildirib. O qeyd edib ki, vəsaitin istifadə istiqamətləri üzrə təkliflər təqdim olunarsa və onların büdcə prinsiplərinə uyğun icrası mümkün olarsa, məsələyə baxıla bilər.

Nazir deputatların qazlaşdırma ilə bağlı fikirlərinə də münasibət bildirib. Qeyd edib ki, təqdim olunan büdcənin ümumi və bölüşdürülmüş parametrlərində qaz çəkilişi nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, hökumət məqsədəuyğun hesab edərsə, qazlaşdırma işləri dövlət investisiya proqramına daxil edilə bilər.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri