Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Sahil bağı nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: Dedilər ki, bunlar mafiyadır

Sahil bağı nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: Dedilər ki, bunlar mafiyadır

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Mərakeş Krallığının vətəndaşını qətlə yetirməkdə təqsirləndirilənlər - H.M və N.R-in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən N.R-ın ifadəsi ilə davam edib:

"Həmin gün noyabr 27-si idi. Hüseynlə vədələşdik ki, "Torqovı"da görüşək. Restoranda yeyib-içəndən sonra "Sahil" bağına gəldik. İçkili olsaq da, özümüzü idarə edə bilirdik. Bağın "Bank Respublika" ilə üzbəüz olan istiqaməti tərəfdə olanda bizdən xeyli qabaqda münaqişə, toplaşma olduğunu gördük. Bizdən qabaqda həmin o, iki xarici vətəndaş gedirdilər. Ətrafından keçəndə onlardan biri ingilis dilində "Bunlar mafiyadırlar" dediyini eşitdim. İngilis dilini yaxşı bilmədiyimdən deyiləni başa düşməyib güldüm və H-dan onun nə dediyini soruşdum. Xarici vətəndaşın biri bizi görüb əlini cəld belinə aparanda refleks olaraq mən də əlimi belimə apardım. Məqsədim onun bıçaq çıxarağı təqdirdə onu qorxutmaq idi. Halbuki mənim üstümdə bıçaq və ya hər hansı kəsici alət yox idi. Bunu görəndə ərəb qaçmağa başladı, H da onun ardına düşdü. Mən onları aralamaq üçün H-nın ardınca qaçdım. Həmin vaxt ərəbin öldüyünü bilməmişdik. Mən sonra evə getdim. Təzə çatmışdım ki, H zəng eləyib polisin zəng elədiyini dedi. Təzədən evdən çıxıb Sabunçu vağzalına gəldim. Düşündüm ki, yəqin şahid kimi çağırılaram. Xarici vətəndaşın ölümünü dindirilən vaxt bildik. H orada mənim heç nə etmədiyimi demişdi. Mən heç kimə xəsarət verməmişəm".

Növbəti proses 26 noyabr saat 16:00-a təyin olunub.  

Xatırladaq ki, hadisə 27 noyabr 2025-ci ildə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Sahil bağı" adlanan parkın ərazisində baş verib.

İttihamda qeyd olunur ki, yetkinlik yaşına çatmayan H.M öz tanışı N.R ilə birlikdə parkda gəzişən Mərakeş Krallığının vətəndaşları olan Tiflaoui İmad və Saber Elhoumani Ben İbrahimə yaxınlaşaraq, siqaretlərinin olub-olmadığını soruşublar. Saber Elhoumani Ben İbrahim siqaretlərinin olmadığını bildirib. H.M bunu siqareti verməmək üçün bəhanə kimi qəbul edərək, mübahisə yaradıb, N və o, ərazidə olan digər bir tanışı ilə birlikdə Saber Elhoumani Ben İbrahim və ona dəstək olmağa çalışan Tiflaoui İmada güləş fəndi tətbiq edərək, onları yerə yıxıb müxtəlif bədən xəsarətləri yetiriblər. Daha sonra N özündə olan ov bıçağı ilə Tiflaoui İmadı sinəsindən bıçaqlayıb. Hadisə yerindən uzaqlaşmağa çalışan Tiflaoui İmad bir qədər getdikdən sonra xəsarətin ağırlığından yerə yıxılıb. Onun ardınca gələn N Tiflaoui İmadın belindən güclü bıçaq zərbəsi endirib. Tiflaoui İmadın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, H.M və N.R Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı (o cümlədən soyuq atıcı silahı) əldə etmə, satma və ya gəzdirmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub, barələrində həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Oktyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri