Şahin Babayev: Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir
Icma.az, Banco.az saytına istinadən bildirir.
Bakı-Praqa marşrutu üzrə uçuşların sayı 14 % artacaq.
Bunu "AZCON Holding"in icraçı direktoru Şahin Babayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, hava əlaqəsi iki ölkə arasında iqtisadi münasibətlərin gücləndirilməsi baxımından da eyni dərəcədə vacibdir: "Azərbaycan Hava Yolları" QSC hazırda Bakı–Praqa marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. 2026-cı ildə uçuşların ümumi sayının 194-ə çatacağı gözlənilir ki, bu da 2025-ci illə müqayisədə 14 % çoxdur. Bu artım işgüzar səfərləri, turizmi və insanlar arasında daha sıx əlaqələri dəstəkləyir. Biz həmçinin şəhər nəqliyyatı, o cümlədən metro infrastrukturu və sənaye həlləri sahələrində potensial əməkdaşlıq imkanları görürük. Mexanika mühəndisliyi, metal emalı və avadanlıq istehsalı üzrə ixtisaslaşmış Çexiya şirkətləri Azərbaycanın modernləşdirmə səylərinə dəyərli təcrübə qazandıra bilərlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 12 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















