Şahin Diniyev “Sabah” “Borussiya” oyunu barədə proqnoz verdi
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah”ı çətin bir oyun gözləyir. “Borussiya” (Dortmund) Bakıya çox iddialı gəlib. Son matçlardakı uğursuzluqları bu görüşlə bitirməyə çalışacaq”.
Bu sözləri Azərbaycan futbol milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev “Sabah”ın UEFA Çempionlar Liqasını əsas mərhələsində “Borussiya”ya (Dortmund) qarşı keçirəcəyi matçı dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis Almaniya klubunun motivasiyasını və qarşılaşmadan gözləntilərini diqqətə çatdırıb.
“Budo-Qlimt”ə məğlub olması onların ÇL-dəki şansını azaldıb. Ona görə də rəqib bu matça tam şəkildə köklənəcək və üç xal almaq üçün mübarizə aparacaq. Güclərə baxdıqda, qarşı tərəf daha üstündür. Amma sürpriz nəticə də ola bilər. Proqnozum “Borussiya”nın (Dortmund) lehinədir”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Sabah” - “Borussiya” (Dortmund) qarşılaşmasının start fiti bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda səsləndiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 Oktyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















