Şahin Diniyev: “Vestri”nin “Qarabağ”a ciddi problem yaradacağını düşünmürəm”
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Qarabağ"ın rəqibi olan "Vestri" İslandiya çempionatının güclü komandalarından deyil. Düşünmürəm ki, bu rəqib Ağdam təmsilçisinə ciddi problem yarada bilsin". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında İslandiyanın "Vestri" ilə oyunundan gözləntilərini bölüşüb:
"Məncə, "Qarabağ" üçün əsas məsələ rəqibdən daha çox öz oyununu formalaşdırmaqdır. Komandada yeni transferlər var, bəzi futbolçular ilk dəfə rəsmi oyunlarda birlikdə çıxış edəcəklər. Onların bir-birinə uyğunlaşması, baş məşqçinin oyun tələblərini tam mənimsəməsi və meydanda qarşılıqlı anlaşmanın formalaşması üçün müəyyən vaxt lazımdır. Bu baxımdan, ilk təsnifat mərhələsində "Vestri" kimi nisbətən zəif rəqiblə qarşılaşmaq "Qarabağ" üçün əlverişli variantdır. Belə oyunlar komandanın ritm qazanmasına, yeni futbolçuların kollektivə daha tez inteqrasiya olunmasına və məşqçinin taktiki planlarını praktikada sınamasına imkan verir. Düşünürəm ki, "Qarabağ" hər iki görüşdə oyuna ciddi yanaşacağı təqdirdə, üstünlüyünü nümayiş etdirəcək və növbəti mərhələyə yüksəlməkdə ciddi çətinlik çəkməyəcək. Bu cütün aşkar favoriti məhz Azərbaycanın vitse-çempionudur".
Qeyd edək ki, qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 09 İyul 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















