Icma.az
close
up
RU
Şahin İsmayılov: Azərbaycan Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

Şahin İsmayılov: Azərbaycan Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəldilməsi qardaş ölkələrimiz arasında tarixi, mədəni və mənəvi bağlılıqlar əsasında formalaşmış əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm hadisədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfər regionda yeni reallıqlar yaratdı. Bütün dünya Azərbaycanın gücünün, qüdrətinin şahidi oldu. Eyni zamanda, Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi xalqlarımız arasındakı sarsılmaz birliyin göstəricisi idi”, - deyə komitə sədri vurğulayıb.

Şahin İsmayılov qeyd edib ki, Qars müqaviləsindən 100 il sonra – 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtında imzalanan Şuşa Bəyannaməsi qardaş ölkələrimizin, xalqlarımızın maraq və mənafelərinə xidmət edir. Siyasi, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edən sənəd ölkələrimizin bütün bu istiqamətlər üzrə ortaq maraqlarının qorunmasında vahid mövqeyini nümayiş etdirir.

Ölkələrimiz arasındakı münasibətlərin davamlı inkişafını təmin edən Bəyannamənin, həmçinin regional və beynəlxalq təhlükəsizlik mühitinin möhkəmləndirilməsi baxımından mühüm daşıdığını etdiyini söyləyən Ş.İsmayılov deyib: “Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın və Türkiyənin regionda sülhün, sabitliyin və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yeni təhlükəsizlik arxitekturasının formalaşmasında fəal rol oynadıqlarını göstərdi. Təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı sənəddə əksini tapan ortaq müdafiə mexanizmləri ölkələrimizin suverenliyi və milli maraqlarının etibarlı şəkildə qorunmasına xidmət edir. Bu, təbii ki, Ermənistandakı revanşist qüvvələrə açıq mesaj olmalıdır”.

Ölkələrimizin Türk dünyasının birlik və rifahına xidmət edən önəmli səylər göstərdiklərini vurğulayan komitə sədri müttəfiqlik səviyyəsində qurulan Azərbaycan–Türkiyə münasibətlərinin Türk dünyası ölkələrinin həmrəyliyinin gücləndirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə Türkiyə arasında formalaşan müttəfiqlik modeli Türk dünyasının beynəlxalq aləmdə vahid mövqe ilə çıxış etməsi, ortaq maraqların qorunması və daha güclü geosiyasi aktora çevrilməsi baxımından nümunəvi təcrübədir.

Bəyannamənin qardaş ölkələr arasında münasibətlərin gələcəyinin müəyyənləşdirilməsi baxımından önəmini qeyd edən Şahin İsmayılov bildirib: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin uzunmüddətli perspektivdə daha da dərinləşməsinə, eləcə də regional əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see225

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see212

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see202

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see202

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see172

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see159

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see154

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see143

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see142

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see142

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see139

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri