Icma.az
close
up
RU
Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

Otuz il ərzində işğal altına qalan, vandalizmin qurbanı olan Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa prosesi nəticəsində tarixi torpaqlarımız artıq mötəbər tədbirlərə uğurla ev sahibliyi edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Komitə sədri qeyd edib ki, dövlətimizin başçısının azad olunmuş torpaqlarımıza mütəmadi olaraq həyata keçirdiyi səfərlər, işlərin gedişi ilə şəxsən tanış olması, müvafiq tapşırıq və göstərişlərin verilməsi quruculuq prosesinin uğurla və sürətlə reallaşmasını şərtləndirən əsas amillərdəndir. Artıq doğma torpaqlarımıza qayıdan 50 mindən çox insan 16 şəhər və kənddə böyük qürur hissi ilə yaşayır, çalışır və ya təhsil alır.

“Bir neçə gün əvvəl Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışını etdilər. Beləliklə, müasir infrastrukturun qurulduğu bu kəndimiz də artıq öz doğma sakinlərini qarşılayır”, - deyə Şahin İsmayılov vurğulayıb.

Şahin İsmayılov qeyd edib ki, ölkəmizdə müasir yol infrastrukturunun formalaşdırılması istiqamətindən görülən işlər Qarabağ və Şərqi Zəngəzurda da uğurla davam etdirilir. Bu xüsusda, Prezident İlham Əliyevin açılışını etdiyi Əhmədbəyli-Füzuli-Şuşa yolu bölgənin hərtərəfli inkişafına xüsusi töhfə verəcək. Eyni zamanda dövlətimizin başçısının son səfəri zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edən Xankəndi şəhərində də mühüm obyektlərin açılışı edildi. Ümumilikdə Qarabağın iqtisadi inkişafında, burada biznes mühitinin formalaşdırılmasına, məşğulluğun artırılmasına önəmli rola malik olacaq “Xankəndi” Biznes Mərkəzinin fəaliyyətə başlamasını xüsusi qeyd etmək lazımdır. “Xankəndi” Konqres Mərkəzində yaradılan müasir və funksional şərait burada yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əlverişli imkanlar yaratmaqla bölgənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayacaq.

Qarabağın turizm potensialının inkişafı istiqamətində də önəmli addımların atıldığını qeyd edən Şahin İsmayılov bildirib ki, burada müasir otellərin, istirahət mərkəzlərinin yaradılması, tarixi və mədəni abidələrin bərpası istiqamətində görülən işlər uğurla davam etdirilir. Bu baxımdan, uzunluğu 6 min metrə yaxın olacaq Xankəndi-Şuşa kanat yolu bölgənin turizm potensialının inkişafına, həmçinin insanların iki şəhər arasında rahat hərəkətinə imkan verəcək.

“Dövlətimiz tərəfindən görülən kompleks tədbirlərin nəticəsidir ki, artıq bu tarixi torpaqlarımız yüksəksəviyyəli tədbirlərə uğurla ev sahibliyi edir. Cari ildə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə Görüşü Laçında keçirildi. Ötən il Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü Şuşa şəhərində uğurla təşkil olundu. Təbii ki, bu cür yüksəksəviyyəli tədbirlər tarixi torpaqlarımızın inkişafına böyük töhfə verir”, - deyə Şahin İsmayılov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri