Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Pendirin beyinə faydası

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl bölgələrindən birinə çevrilir Vüqar Rəhimzadə

Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl bölgələrindən birinə çevrilir Vüqar Rəhimzadə

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Otuz illik işğal dövründə tamamilə yerlə-yeksan edilmiş Qarabağ və Şərqi Zəngəzur son beş ildə yeni inkişaf dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə bağlı xalqa müraciətində bu çağırışı etmişdi ki, məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq.

Həmin müraciətdən ötən beş ilə yaxın dövrün reallıqları bu hədəfin artıq gerçək olduğunu təsdiqləyir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icra olunur, yeni yollar salınır, istehsal müəssisələri yaradılır, soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün lazım olan bütün zəruri tədbirlər görülür, mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda buraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır. 30 il xalqımız bu günləri böyük səbirsizliklə gözləyirdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra artıq bu reallıqların şahidiyik. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən dövlətimizin əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün bu torpaqlara qayıdışına nail olmaqdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də bu torpaqlara qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq. Bu torpaqlarda üç Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi azad olunmuş ərazilərin strateji əhəmiyyətinin təsdiqində mühüm rol oynayır. Bu il azad Qarabağın həyatında mühüm hadisələrdən biri Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Bu hava limanları Qarabağa və Şərqi Zəngəzura gediş-gəlişin asanlaşmasında əhəmiyyətli rol oynayır. Həmçinin bu torpaqlarımız böyük turizm potensialına malikdir. Azad edilmiş ərazilərimizin yaxın zamanlarda böyük investisilyar məkanına çevriləcəyi qaçılmazdır. Hər bir ərazinin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etmək əsas prioritetlər sırasındadır. Dövlət başçısı İlham Əliyevin Fərmanı ilə tarixi Zəfərimizin reallıqları əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsində də məqsədlərdən biri də məhz budur.

Vüqar Rəhimzadə tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 20 sentyabr tarixində suverenliyimizin tam bərpası ilə Azərbaycanın yeni dövrə qədəm qoyduğunu xüsusi vurğulayaraq bildirib ki, son iki ildə Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin dirçəldilməsi istiqamətində atılan addımların miqyasının genişliyi soydaşlarımızın bu torpaqlara qayıdışında da özünün aydın ifadəsini tapır. Bunun üçün dövlət başçısı İlham Əliyevin sentyabrın 14-də Xocalı, Xocavənd rayonlarına, Xankəndi şəhərinə səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Belə ki, Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində oldu, həmçinin qəsəbədə inşa olunmuş məscidin açılışında iştirak etdi. Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı İlham Əliyev 2021-ci ilin oktyabrında qoyub. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür. Dövlət başçısı Xocavənd rayonunun Sos kəndində də oldu. İndiyədək 10 ailə kəndə qayıdıb. Ölkə Prezidenti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara kəndlərində oldu, Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardandır. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.

Milli Məclisin deputatı vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə səfərinin qürurverici məqamlarından biri də bu ərazilərə qayıdan sakinlərlə görüşü, bu məkanlardan dünənimizə baxış əsasında bu günümüz və gələcəyimizlə bağlı çağırışların səsləndirilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü də diqqətdə oldu. “Doğrudan da tarixi günlər yaşayırıq” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. Böyük Qayıdış Proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik. Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir. Artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq. Dövlətimizin başçısı bu məqamı da qeyd etdi ki, amma sülh şəraitində yaşamaq üçün əlbəttə ki, güc lazım idi. Uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin sakinlərlə görüşündə səsləndirdiyi “Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik” çağırışı Azərbaycanın ədalətə və beynəlxaq hüquqa söykənən siyasətinin uğurlarının təqdimatı oldu. Bu gün Azərbaycanın sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması, nüfuz qazanması, Vaşinqton zəfəri ilə dünyanın diqqətində olması özündə mühüm məqamları ehtiva edir. Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olub. Hazırda imzalanması qaçılmaz olan sülh müqaviləsinin müəllifi də Azərbaycandır. Prezident İlham Əliyev bu reallığı da bəyan etdi ki, son beş ilin tarixi heç bir xarici qüvvənin bizim iradəmizə təsir edə bilmədiyini göstərdi. Çünki bizim işimiz haqq işidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see304

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see206

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see180

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see148

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see134

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see124

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see124

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see123

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see123

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see123

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see121

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see121

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see120

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see120

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see119

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see119

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see118

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see117

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri