Şahin Mustafayev: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan ilə İran arasında münasibətlər əsrlərə söykənən tarixi köklərə, coğrafi qonşuluğa və xalqlarımızı birləşdirən mədəni-mənəvi dəyərlərə əsaslanır.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda İran İslam İnqilabının Qələbəsi Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Baş nazirin müavini qeyd edib ki, ikitərəfli əlaqələrin dinamik inkişafı hər iki ölkə prezidentinin siyasi iradəsindən irəli gəlir:
“Xüsusilə ötən ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri və iyul ayında Xankəndi şəhərində keçirilən ECO-nun 17-ci Zirvə görüşü çərçivəsində baş tutan təmaslar əməkdaşlıqda yeni mərhələnin əsasını qoyub”.
Ş.Mustafayev qeyd edək ki, dövlətlərarası münasibətlər suverenliyə, ərazi bütövlüyünə hörmət və mehriban qonşuluq prinsipləri əsasında uğurla inkişaf edir.
Baxış sayı:240
Bu xəbər 10 Fevral 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















