Şahmat üzrə yeni dünya çempionatı: Mükafat fondu 3 milyon dollara yaxın olacaq
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) "Norway Chess" turnirinin təşkilatçılarının yeni dünya çempionatına başlamaq təşəbbüsünü qəbul edib.
Oxu.Az FIDE-nin saytına istinadən xəbər verir ki, yarış klassik və sürətli şahmatı birləşdiriləcək.
Dünya birinciliyinə təqvim ilində planetin müxtəlif şəhərlərində keçiriləcək dörd turnir daxil olacaq. Yarışların yekunu üzrə klassik, blits və sürətli şahmat üzrə ümumi çempion müəyyənləşəcək.
Turnirin ümumi mükafat fondu ildə 2.7 milyon dollar təşkil edəcək. Şahmatçılar ilk üç turnirin hər birində 750 min dollar, finalda isə əlavə 450 min dollar uğrunda mübarizə aparacaqlar.
Gələn ilin payızında sınaq turnirinin keçirilməsi, ilk tam mövsümün isə 2027-ci ildə başlaması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 16 Oktyabr 2025 02:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















