Icma.az
close
up
RU
Şahmatçılarımızın oktyabra olan reytinqi

Şahmatçılarımızın oktyabra olan reytinqi

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların oktyabrın 1-nə olan reytinqini açıqlayıb. Sport24.az xəbər verir ki, Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FIDE-nin yenilənmiş reytinqlərində mövqeyini yaxşılaşdırıb, Ülviyyə Fətəliyeva isə əsl irəliləyişə nail olub.

Şəhriyar Məmmədyarov 2742 xalla dünya reytinqində 16-cı yerdən 14-cü yerə yüksəlib.

Siyahıda keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) 2743 xalla 13-cü yerdə, Hans Niemann (ABŞ) isə 2738 xalla 15-ci pillədə qərarlaşıb.

Dünyanın ən yaxşı 100 kişi şahmatçısı sırasına Teymur Rəcəbov (2692 xalla, 38-ci sırada), Rauf Məmmədov (2655 xalla, 62-ci sırada) və Eltac Səfərli də (2630 xalla, 100-cü sırada) daxildir.

Dünyanın ən yaxşı 10 kişi şahmatçıları:

1. Maqnus Karlsen (Norveç, 2839 xal)

2. Hikaru Nakamura (ABŞ, 2816 xal)

3. Fabiano Karuana (ABŞ, 2789 xal)

4. Arjun Erigaisi (Hindistan, 2773 xal)

5. Rameşbabu Praqnanandha (Hindistan, 2771 xal)

6. Alirza Firuzca (Fransa, 2762 xal)

7. Aniş Giri (Niderland, 2759 xal)

8. Uesli So (ABŞ, 2756 xal)

9. Vinsent Keymer (Almaniya, 2755 xal)

10. Vey Yi (Çin, 2754 xal)

Qeyd edək ki, hazırkı dünya çempionu, hindistanlı Qukeş Dommaracu 2752 xalla 11-ci yerdədir.

Qadınların reytinq cədvəlində uğurlu irəliləyişə isə bu yaxınlarda Özbəkistanın Səmərqənd şəhərində keçirilən nüfuzlu "Grand Swiss" turnirində 6-cı yeri tutan Ülviyyə Fətəliyeva imza atıb.

Ülviyyə Fətəliyevanın 2410 xalı var və o, 35-ci yerə yüksəlib. Azərbaycan şahmatçısı Özbəkistandakı uğuru sayəsində siyahıda 23 pillə irəliləyib və 25 xal toplayıb.

Həmçinin, ölkəmizi dünyanın ən yaxşı 100 qadın şahmatçısı sırasında Günay Məmmədzadə (2390 xalla 51-ci sırada), Gövhər Beydullayeva (2362 xalla 73-cü sırada) Xanım Balacayeva (2351 xalla 87-ci sırada) təmsil edir.

Dünyanın ən yaxşı 10 qadın şahmatçıları:

1. Hou İfan (Çin, 2617 xal)

2. Çju Tziner (Çin, 2569 xal)

3. Lei Tsinze (Çin, 2566 xal)

4. Tzu Ventzun (Çin, 2564 xal)

5. Aleksandra Qoryaçkina (Rusiya, 2541 xal)

6. Humpi Koneru (Hindistan, 2535 xal)

7. Tan Çjuni (Çin, 2532 xal)

8. Anna Muzıçuk (Ukrayna, 2525 xal)

9. Katerina Laqno (Rusiya, 2517 xal)

10. Bibisara Assaubayeva (Qazaxıstan, 2513)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri