Icma.az
close
up
RU
Şahmatçılarımızın Dünya Kubokunda rəqibləri müəyyənləşib

Şahmatçılarımızın Dünya Kubokunda rəqibləri müəyyənləşib

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2025-ci ildə Qoada (Hindistan) keçiriləcək dünya çempionatında qarşılaşmaların cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, turnir 30 oktyabr – 27 noyabr aralığında keçiriləcək.

Azərbaycanı yarışda 6 şahmatçı - Şəhriyar Məmmədyarov (2741), Rauf Məmmədov (2651), Aydın Süleymanlı (2602), Nicat Abasov (2587), Əhməd Əhmədzadə (2523), və Read Səmədov (2523) təmsil edəcəklər.

Şahmatçılarımızın dördü turnirə birinci turdan başlayacaq. Reytinqlərə əsasən 203 iştirakçı arasından ən yaxşı 50 şahmatçı ikinci turdan mübarizəyə qoşulacaq. Onların arasında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov da var.

İkinci turdan yarışa qoşulacaq Şəhriyar Məmmədyarov macar Kantor Gergeylə kanadalı Şon Rodriq-Lemye cütlüyünün qalibini sınağa çəkəcək.

Rauf Məmmədovun rəqibi isə almaniyalı Svane Rasmusla uruqvaylı Fakundo Vaskesin qarşılaşmasında müəyyənləşəcək.

Aydın Süleymanlı ilk turda taylandlı Prin Laohavirapapla oynayacaq. Bu cütlüyün qalibi rumniyalı Dyak Boqdan-Daniellə qarşılaşmalı olacaq.

Nicat Abasov ilk turda özbəkistanlı Məhəmmədzahid Suyarovla görüşəcək. Qalib gələn şahmatçı FİDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenko ilə rastalaşacaq.

Read Səmədov yarışa italiyalı Lorentso Lodiçi ilə oyunla başlayacaq. Bu cütlüyün qalibi amerikalı Hans Moke Nimannla oynayacaq.

Əhməd Əhmədzadə isə hindistanlı Surya Şehar Qanquli ilə qarşılaşacaq. Bu görüşdə qalib gələn fransalı Maksim Vaşye-Laqravla oynayacaq.

Reqlamentə əsasən, rəqiblər iki gün ərzində hər raundda iki klassik oyun keçirəcəklər. Hesab bərabər olduğu halda, üçüncü gün rapid və blits oyunlarından ibarət taybreyker oynanılacaq.

Yarımfinalda məğlub olanlar üçüncü yer uğrunda görüş keçirəcəklər. Dünya Kubokunun üç mükafatçısı şahmat tacı uğrunda görüşdə hazırkı dünya çempionu Dommaracu Qukeşin (2767) rəqibini müəyyən edəcək "Namizədlər Turniri"nə vəsiqə qazanacaq. Qukeş özü Qoada bir nömrə altında oynayır.

Əvvəlcə Dehlidə keçirilməsi planlaşdırılan turnirin ümumi mükafat fondu 2 milyon dollar təşkil edəcək. Qalib 120.000 dollar alacaq.

Qeyd edək ki, kubokun son qalibi norveçli Maqnus Karlssendir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://sport24.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri