Icma.az
close
up
RU
Şahmatçıların Avropa çempionatı qələbəyə görə 20 min və Dünya kubokuna vəsiqələr

Şahmatçıların Avropa çempionatı qələbəyə görə 20 min və Dünya kubokuna vəsiqələr

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu həftə şahmat dünyasında Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında keçiriləcək Avropa çempionatı ilə əlamətdar olacaq.

İdman.biz xəbər verir ki, martın 15-də start götürəcək yarışda 401 iştirakçı çıxış edəcək.

Azərbaycan təmsilçiləri arasında Aydın Süleymanlı ən yüksək reytinqə malikdir. Qrossmeysterimiz ilin əvvəlindən əsl yarış marafonuna başlayıb. O, Veyk-an-Zee turnirində iştirak edib və ikinci yeri tutub. Ölkə çempionatında çıxış edib, sonra "Aeroflot Open" üçün Moskvaya səfər edib. İndi isə Süleymanlını yeni çağırış gözləyir - yeri gəlmişkən, qitə çempionatında Dünya kubokuna vəsiqə də veriləcək.

Məhz bu məqam müəyyən dərəcədə iştirakçıların yüksək fəallığını şərtləndirir. Rumıniyada Dünya kubokuna 20 vəsiqə oynanılacaq və bir çox iştirakçı üçün bu, belə bir fürsəti əldə etmək üçün yeganə şansdır. Dünya kuboku da dünya çempionu tsiklinin bir hissəsidir, yəni İddiaçılar turnirinə düşmək şansı var. Nicat Abasov bunu iki il əvvəl Bakıda bacarmışdı.

Yeri gəlmişkən, o da Avropa çempionatında çıxış edəcək. Digər təmsilçilərimiz isə Məhəmməd Muradlı, Read Səmədov, Əhməd Əhmədzadə, Misrəddin İsgəndərov, Xəzər Babazadə, Vüqar Manafov, Şiroğlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Süleyman Süleymanlı və Ümid Aslanov olacaqlar. Şahmatçılarımızdan Rauf Məmmədov ötən il qitə çempionatından Dünya kubokuna vəsiqə qazanmağı bacarıb.

Avropa çempionatının mükafat fondu 100 min avro olub ki, bunun da 20 minini qalib alacaq. Gümüş mükafatçı 15 min, bürünc mükafatçı isə 10 min avroluq çekə sahib olacaq. Ümumiyyətlə, ilk iyirmi üç yeri tutanlar mükafatlandırılacaq. Məsələn, 19-23-cü yerlərdə qərarlaşan iştirakçılar hərəyə 1000 avro qazanacaqlar.

Qitə çempionatının reytinq favoriti yerli şahmatçı Boqdan-Daniel Deak olacaq. Siyahıda ikinci Aleksey Sarana (Serbiya), üçüncü isə Yorden Van Forestdir (Niderland).

Qeyd edək ki, Avropa çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və martın 26-dək davam edəcək.

Zəki Feyzullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Mart 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri