Yengicə su anbarının tikintisi davam edir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Qəbələ, 27 oktyabr, AZƏRTAC
Qəbələ rayonunda kənd təsərrüfatına yararlı 10 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması məqsədilə Yengicə su anbarının tikintisi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Yengicə su anbarının tikintisi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq nəzərdə tutulub.
Su anbarı Qəbələ rayonu ərazisində, Yengicə kəndinin yaxınlığında, Vəndamçay və Qaraçay çaylarının birləşdiyi hissədə layihələndirilib. Layihənin həyata keçirilməsi nəticəsində rayonun bir sıra kəndlərində kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Belə ki, Yenikənd, Zalam, Kiçik Əmili və Böyük Əmili kəndlərində ümumilikdə 8602 hektar, Bilix və Məlikli kəndlərində isə 1398 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması planlaşdırılır.
Ümumilikdə, layihə çərçivəsində 10 min hektar torpaq sahəsinin 3388 hektarında su təminatının yaxşılaşdırılması, 6612 hektarında isə yeni suvarma imkanlarının yaradılması nəzərdə tutulur.
Yengicə su anbarının ümumi həcmi 17,5 milyon kubmetrdir. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metr təşkil edir.
Su anbarının tikintisinə 2024-cü ildə başlanılıb. Hazırda layihə üzrə tikinti işləri davam etdirilir.
Müəllif - Vüqar Qurbanoğlu
Videooperator - Mirrəsul Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Oktyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















