Şahzadənin son görüntüsü narahatlıq doğurur: Çəkisi 40 kiloqrama düşüb (FOTO)
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Uels şahzadəsi Keyt Middletonun son görünüşü ictimaiyyətdə ciddi narahatlıq yaradıb.
Qaynarinfo xəbər verir ki, RadarOnline.com-un saray mənbələrinə istinadla yaydığı xəbərə görə, xərçənglə mübarizəsi fonunda Middletonun çəkisi təxminən 40 kiloqrama qədər enib.
Məqalədə qeyd olunur ki, remissiya elanından altı ay sonra onun bədəni o qədər zəifləyib ki, bəzi müşahidəçilər onu azyaşlı qızı ilə müqayisə edirlər. Məlumata görə, Keytin son dəfə Uimbledon tennis turnirində şahzadə Uilyam və övladları Şarlotta ilə Corcla birgə ictimaiyyət qarşısına çıxması zamanı onun ciddi şəkildə arıqlaması hamıda şok effekti yaradıb.
"Onun bu qədər arıqlaması insanlarda narahatlıq doğurur. Bu, ya xərçəng müalicəsindən sonra bərpa prosesinin çətin keçdiyini, ya da daha pisi - xəstəliyin geri qayıtdığını göstərə bilər", deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, Keyt iştah problemi yaşayır və bu səbəbdən sürətlə çəki itirir: "Onun bədəni tamamilə zəifləyib, demək olar ki, heç bir əzələ kütləsi qalmayıb. O, olduqca ağır bir prosesdən keçib. Kimyaterapiya asan deyil və bu prosesin onun üzərində dərin izlər buraxdığı açıq şəkildə görünür".
Aydın


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Avqust 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















