Icma.az
close
up
RU
Əməkdar memar Elbay Qasımzadənin “Memar” kitabının təqdimat olun

Əməkdar memar Elbay Qasımzadənin “Memar” kitabının təqdimat olun

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Milli İncəsənət Muzeyində Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar, professor Elbay Qasımzadənin “Memar” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə dövlət və hökumət rəsmiləri, nazirliklərin, eləcə də müxtəlif təşkilat və qurumların nümayəndələri, Memarlar İttifaqının üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə AMEA-nin prezidenti İsa Həbibbəyli deyib ki, E.Qasımzadənin müəllifi olduğu “Memar” kitabı Azərbaycanın memarlıq sənətində ən sanballı salnamədir.

Bu kitabda Azərbaycanın XIX əsrdən başlamış XX və XXI əsrləri əhatə edən böyük siyasi hadisələri, o cümlədən memarlıq sənətinin əsl simaları haqqında dolğun məlumat əldə etmək mümkündür. Kitab Azərbaycan memarlıq sənətinə öz möhürünü vurmuş, bu nəslin görkəmli nümayəndəsi Elbay Qasımzadənin böyük xidmətlərini nəinki tamamlayır, həm də onun müasir memarlıq sənətinə böyük bir töhfəsidir.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, "Memar" kitabının ərsəyə gəlməsi Azərbaycanın memarlıq tarixində yeni bir hadisədir. Hazırda təqdimatı keçirilən bu kitab vasitəsilə həm də görkəmli memarın daxili aləmindən də xəbər tutmaq olur.

E.Əzizov vurğulayıb ki, kitab həmçinin gələcək nəsil üçün memarlıq tarixi sahəsində gözəl mənbə olmaqla yanaşı, unikal bir vəsaitdir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Milli Məclisin deputatı Soltan Məmmədov, Qafqaz Müsəlmanları İdarəsi yanında Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli, "Sərq-qərb" nəşriyyat evinin direktoru Sevil İsmayılova, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, "Memar" jurnalının baş redaktoru professor Elkin Ələsgərov və başqaları çıxış edərək kitabın məziyyətlərindən danışaraq, müəllifi bu uğurlu əsər münasibətilə təbrik ediblər.

Mühüm bilgilər və nadir informativ illüstrasiyalarla zəngin kitabın tariximizlə maraqlanan hər kəs üçün əsl tapıntı olduğu vurğulanıb.

Kitabının müəllifi unikal nəşrin ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb. O, kitabın yazılmasını zəruri edən səbəblər və kitab üzərində iş prosesi haqqında ətraflı məlumat verib.

Mərasim iştirakçıları Azərbaycan və rus dillərində işıq üzü görmüş unikal tarixi faktların və maraqlı illüstrasiyaların yer aldığı kitablarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri