Icma.az
close
up
RU
XTNS də şair həkimlərin iştirakı ilə musiqili poeziya axşamı təşkil edilib

XTNS də şair həkimlərin iştirakı ilə musiqili poeziya axşamı təşkil edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moskva, 23 aprel, AZƏRTAC

XTNS-də “Azərbaycan” pavilyonunun Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və həkimləri birləşdirən Poeziya Klubu ilə birgə təşkil etdiyi “Poeziyanın səsi” adlı musiqili poeziya axşamı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu unikal tədbir çətin və məsuliyyətli peşəsinə rəğmən sözün qüdrətindən ilham alan, təcrübələrini, daxili aləmini şeirlə bölüşən həkimləri bir araya gətirib. Tədbir iştirakçıları öz əsərlərini təqdim edib, həmçinin müasir şairlərin şeirlərini oxuyublar. “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova qonaqları salamlayaraq vurğulayıb ki, gecənin bu pavilyonda keçirilməsi rəmzi xarakter daşıyır, çünki poeziya Azərbaycanın zəngin mədəni ənənəsinin tərkib hissəsidir.

Onun çıxışı hər bir qonağın ruhuna müraciət kimi səslənib: “Həm həkim, həm də şair bir şeyə - şəfaya can atır. Onlardan biri vücuda, digəri isə ruha xitab edir. Biri diaqnozda, digəri şeir xəttində dəqiqliyi seçir". Səadət Qədirova Nizami Gəncəvidən sitat gətirərək, Azərbaycan ədəbiyyatının böyük irsini də xatırladıb: “İncəsənət əsrlərə bələdçilik edən bir vasitədir. O, həyatı və işığı, ölməz nəslimizi ehtiva edir”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova tədbir iştirakçılarına dəstək ifadə edərək qeyd edib ki, gənc şairlər gözəl, rahat “Azərbaycan” pavilyonuna toplaşıb yaradıcılıqlarını bölüşürlər. O əlavə edib: “Onlar peşəkar ədib deyillər, Moskvanın tibb universitetlərinin məzunları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəxri sədri olduğu RAGB-in fəal üzvləridir. Gənc müəlliflər öz fikirlərini və hisslərini sözlə çox məharətlə çatdırırlar. Sevgidən, arzulardan, təbiətdən bəhs edən şeirlər var, amma hər bir əsər səmimi və dərin məzmunlu idi”. Heydər Əliyev Fondunun nümayəndəsi gənc müəlliflərin bundan sonra da şeir həvəskarlarını sevindirəcəyinə əminliyini bildirib: “Poeziya həyatımızda xüsusi yer tutur. Bizi dünyaya yeni prizmadan baxmağa, hisslərimizi ifadə etməyə sövq edir, gündəlik həyat qayğılarından yüksəklərə qaldırır, mənəvi cəhətdən zənginləşdirir. Əminəm ki, gənc müəlliflərimiz bundan sonra da öz şeirləri ilə bizi sevindirəcəklər”.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə qeyd edib ki, bu layihə birinci dəfə həyata keçirilmir: “Bu gün siz gənc şairlərin və qiraətçilərin gözəl layihəsinin iştirakçısı oldunuz. Analoji gecəni M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirdik. Bu gün XTNS-də yeni yaradıcılıq təşəbbüsünü təqdim edirik”. O, gecənin iştirakçılarının təkcə şairlər deyil, həm də Moskvanın aparıcı klinikalarında çalışan praktik həkimlər olduğunu vurğulayıb.

Gecədə Günel Miriyeva, Rəna Soltanova, Qurban Xalıqverdili və Kamal Əliyev öz şeirlərini təqdim ediblər. Musiqili hissəni Ayşən Əhmədova (skripka), Əmirə Səmədova və Leyla Süleymanova (piano) bəzəyiblər.

Tədbirin kamera musiqisi ab-havası canlı musiqi nömrələri ilə tamamlanıb. Rəsmi hissədən sonra qonaqlar qeyri-rəsmi şəraitdə müəllif və ifaçılarla söhbətlər edib, təəssüratlarını bölüşüb, poeziya ruhuna qərq olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri