Icma.az
close
up
RU
Şair qəzəlxanın 75 illik yubileyinə həsr olunmuş gecə “Hələ də gec deyil”

Şair qəzəlxanın 75 illik yubileyinə həsr olunmuş gecə “Hələ də gec deyil”

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident mükafatçısı, şair-qəzəlxan Mahcamal Babayevanın 75 illik yubileyinə həsr olunmuş “Hələ də gec deyil” adlı ədəbi-bədii musiqili gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, yazıçı Aysel Fikrət qızının aparıcılığı ilə keçən gecədə şairin qələm dostları və ziyalılar iştirak ediblər.

Yazıçılar Birliyinin katibi, şair, dramaturq, yazıçı İlqar Fəhmi çıxış edərək Mahcamal xanımın klassik janrda yazdığı şeir nümunələrində şairin öz dəst-xətti olduğunu xüsusi qeyd edib. Yubilyarın müasir zamanı əks edən qəzəllərində vətənpərvərliyi, insanın duyğu və hisslərinin poetik tərzdə ifadəsinin uğurlu olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Televiziyasının rejissoru Nizami Süleymanovun müəllifi olduğu şairin həyat və yaradıcılığından bəhs edən qısa film nümayiş olunub.

Tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə çıxış edərək klassik janrda yazan müasir şairlər sırasında Mahcamal Babayevanın xüsusilə seçildiyini bildirib, onun heca vəznində yazdığı şeirlərin möhtəşəmliyini qeyd edib.

“Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva, professor, musiqişünas Zemfira Qafarova, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova, “Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov, Xalq artisti Şəfiqə Eyvazova, Əmircan qəsəbəsinin ziyalıları adından Hicran Şərifov və digər qələm sahibləri çıxış edərək Mahcamal xanımın müasir poeziyamızdakı rolunu qeyd edərək onun Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi ədəbi və ictimai proseslərdə fəal iştirakını vurğulayıblar.

Gecədə Eldar İsmayılov tərəfindən Mahcamal xanıma "Dədə Qorqud" mükafatı verilib və aktyor Tural Əhməd şairin qəzəllərini səsləndirib.

Yubilyar tədbirin iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirib.

Bədii hissədə Xalq artistləri Şəfiqə Eyvazova, Teyyub Aslanov, Əməkdar artist Bəsti Sevdiyeva, AMK dosenti Mehri Arifqızı, gənc xanəndələr Məftun Səfərli, Daşqın Kürçaylı, Mədinə Səlimi və Cabbar Paşazadənin rəhbərliyi ilə "Arazbarı" ansamblı çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri