Icma.az
close
up
RU
Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” və “Yaradıcı oxucularımız” tədbirləri çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində şair, publisist, tərcüməçi Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir təşkil edib.

525.az xəbər verir ki, tədbir iştirakçıları Böyük Qələbəni, tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçənigid şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin müqəddəs ruhlarınıbir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova şairin yubileyinin xalqımızın tarixi bayramlarından biri 15 iyun Milli Qurtuluş Gününə təsadüf etdiyini bildirdi. O qeyd etdi ki, 32 il öncə xalqımız nə qədər doğru qərar verdiyi ilə bu gün fəxr edir. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı və qarantı kimi yazıldı. Azərbaycan xalqı Ulu Öndərin böyüklüyünü və dahiliyini bir daha gördü. Fəxr edirik ki, 1993-cü ildə Milli Qurtuluşumuz gerçəkləşmiş, 2020-ci ildə torpaqlarımız işğaldan azad olunmuş, 2023-cü ildə isə suverenliyimiz tam təmin olunmuşdur.

Sonra Lətifə Məmmədova Vaqif Bəhmənlinin yaradıcılığı və yeni nəşr olunmuşkitabları haqqında məlumat verdi.

Əməkdar jurnalist,publisist, filologiya elmləri doktoru, BDU-nun professoruQulu Məhərrəmli çıxış edərək qeyd etdi ki, poeziyamızın parlaq simaları – Molla Pənah Vaqif, Vaqif Səmədoğlu, Vaqif Bayatlı sırasında Vaqif Bəhmənli də var. Vaqif Bəhmənli yaradıcılığında insanın hiss və duyğularını ifadə edən ən gözəl şairlərimizdəndir. Onun şeirlərində insan düşüncəsi, insanı yaşadan hisslər var.“Bir şair ki, Allahın ətəyindən yapışmaq üçün sözdən nərdivan düzəldir, bütün dünyanı gözəl görür və onu beynində yaradaraq şeirlərində ifadə edir, bizim düşüncə tərzimizi genişləndirir, əlbəttəki, bu fövqəladə bir istedaddır. O yaradıcılığında səmimidir, dürüstdür, insanlara əxlaq aşılayandır, insana ən gözəl duyğuları yaşadandır. Azərbaycan poeziyasını kərpic daşları ilə quran şairdir”, – deyərək Q.Məhərrəmli sözünü yekunlaşdırdı.

Yazıçı, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülnur Aslan Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini vurğuladı. Oçıxışında bildirdi ki,Vaqif Bəhmənlinin sənətindəki səmimiyyət bizəsözə, düşüncəyə sədaqəti göstərir. Gənc yazıçı qeyd etdi ki, şair yaradıcılığı ilə insanların fikirlərinə işıq saçır, onları ilhamlandırır və maarifləndirir. G.Aslan qeyd etdi ki, ədəbiyyatçı olmaq bir qədər asan olsa da, şair olmaq çətindir və şairə yaradıcılıq uğurları arzuladı.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədr müaviniUmud Rəhimoğlu vurğuladı ki, Vaqif BəhmənliAzərbaycan poeziyasınınçox məhsuldar, sözünə kifayət qədər dəyər verənbir şairdir. O, şairin uşaqlarla bağlı və gənclərə ünvanlandırdığı səmimi şeirlərindən danışdı.

Filologiya elmləri doktoru, yazıçı-publisistEsmira Fuad çıxışında Vaqif Bəhmənlini sözü seçən, milli koloritdən istifadə edən və doğulduğu Böyük Bəhmənli kəndinin obrazını yaradan, kəndin məsləklərini poeziyaya çevirən qələm ustası olduğunu vurğuladı. Şair yaşadığı acıları və sevincləri yaradıcılığına gətirdiyini, Azərbaycan dilində dialektsözlərinə üstünlük verdiyindən danışdı.

Şair Ağacəfər Həsənli Vaqif Bəhmənli şeirlərində sözü seçə-seçə, qəlbinin, canının qanı ilə qələmə içirdə-içirdə yazdığını dedi.

Uşaq yazıçısı, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimovaVaqif Bəhmənli ilə bağlı xatirələri ilə bölüşdü və şairin yaradıcılığının maraqlı anlarına müraciət etdi.

Norveçdə yaşayan həmvətənlimiz Günay Əliyeva çıxış edərək bildirdi ki, biz mənəvi cəhətdən belə ziyalılarımız üçün acıq. O qeyd etdi ki, Norveçdəki Azərbaycan Evinə bizim ziyalılarımız, mədəniyyət xadimlərimiz gəlir, onların hər gəlişi bizim üçün bayramdır, onların təkcə poeziyasını deyil, sözünü, danışığını dinləməkdən doymuruq, çünki biz onlardan öyrənirik və bundan sonra da öyrənəcəyik. “Sizin hədiyyə etdiyiniz bu kitabları məktəbdə uşaqlarla birgə oxuyacayıq eyni zamanda sizin kitablarınızOslodakı Azərbaycan Evinin kitabxanasında yer alacaq”, – G.Əliyeva dedi.

Tədbirdə iştirak edən dosent, şair Oqtay Abbasov, şair Tofiq Nurəli və Nərgiz Cabbarlı çıxışlarında Vaqif Bəhmənlinin Azərbaycan ədəbiyyatının zənginləşməsinə və inkişafina töhvələr vermiş bir sənətkar olduğunu, həm bədii, həm də publisistik sahələrdəki əsərləri ilə ədəbiyyatımızın qiymətli incilərindən biri olduğunu bildirdilər.

Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Vaqif Bəhmənlini 70 illik yubileyi münasibətilə təbrik etdi və ona həsr etdiyi “Sən xalqının şairisən” şeirini söylədi.

Vaqif Bəhmənlinin həyat yoldaşı yazıçı Rəhilə Gülgün tədbir iştirakçılarına ürək sözlərini söylədi və şairlə qürur duyduğunu bildirdi.

Yubiley tədbirində Vaqif Bəhmənli Vətənə, dünyasını dəyişmiş valideynlərinə, müasir problemlərə həsr etdiyi şeirlərini söylədi, tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirdi.

Yubilyar şairə və Norveçdə yaşayan həmvətənlimiz Günay Əliyevaya M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim edildi.

Tədbirin bədii hissəsində 225№-li tam ortaməktəbin şagirdləri,bir sıramüsabiqələrinlaureatları, kitabxananın fəal oxucuları Aylin Rüstəmli, Nəzrin Əzimli, Südabə Səfərli, 147 №-li Texniki-Humanitar Liseyin şagirdləri Əziz Məmmədli, Fatimə Məmmədli, Rais Adıyev, Azər Hüseynov, Murad Səidli, AğarafiqMustafazadə, Şəhla İbrahimova, 20№-li məktəbin şağirdləri Şəfiqə Əliyeva, Ayşən Əliyeva şairVaqif Bəhmənlinin şeirlərini söylədilər.

Muğam ustası, xanəndə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova və Xan Şuşinski adına Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin şagirdləri Tunar Əzizov, Fatimə Kərimli, Sübhan Ağazadə, Mətin Cəfərov Qarabağa, Vətənə həsr olunmuş mahnı və muğamlar ifa etdilər. Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva, qavalda Əziz Mənsimli müşayiət etdilər.

Müəllif tədbir iştirakçılarına yeni nəşr olunmuş kitablarını hədiyyə etdi.

Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.              

Yubiley gecəsində şair və yazıçılar, ziyalılar, mədəniyyət işçiləri, geniş ictimaiyyət nümayəndələri KİV nümayəndələri iştirak etdilər.

Tədbirdə Milli Qurtuluş Gününə və şairin 70 illik yubileyinə həsr olunmuş videoçarxlar izlənildi. Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=tNLjt4Xyzf0&t=5s

https://www.youtube.com/watch?v=fdLCToJjK_0&t=6s

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şəkil sayı: 8

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyun 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri