Icma.az
close
up
RU
“Şairlərin cırıb atdıqları meyxanaçıların ən yaxşı misrasından üstündür”

“Şairlərin cırıb atdıqları meyxanaçıların ən yaxşı misrasından üstündür”

Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

“Şairlərin cırıb atdıqları meyxanaçıların ən yaxşı misrasından üstündür”

Tanınmış qiraətçi Xəzər Süleymanlı meyxana ilə bağlı qalmaqallı fikirlər səsləndirib.

OLAY yazır ki, bu barədə sənətçi  “Pərvizə görə”də danışıb. O, jurnalist Pərviz Hüseynin “Rep, yoxsa meyxana” sualına bu cavabı verib:

“Rep. Səbəb çox sadədir. Ola bilər ki, repin sözündə bayağılıq olsun. Onsuz da rep dinləyən insanlar bunu gözə alırlar. Lakin elə reperlər var ki, onlar həm də musiqinin də səviyyəsinə üstünlük verirlər. Məsələn, dostumuz Orxan Zeynallı tək sözünün yox, aranjimanın keyfiyyəti var. Konsertləri möhtəşəmdir. Bu insan tək repə yox, Azərbaycan mədəniyyətinə xidmət edir. Mən Orxanı sevə-sevə dinləyirəm. Amma meyxanaçılardan Namiq Qaraçuxurlunu çıxmaq şərtilə... Çünki o, tam başqa səviyyədir, onun sənətini ifaçılığa aid edirəm. Bu gün həm musiqini, həm də sözü yaxşı səviyyədə təqdim edən kim var? Ancaq özbək, iran, hind ritminin üzərində qurulur. Bunlar bizim mədəniyyət deyil, bizi bayağı istiqamətə çox aparır. Məsələn, Xpertin gördüyü işləri danmaq olmaz. Onun da meyxanaçı Pünhan Azimlə işbirliyi var idi, Rəşad ifaçı kimi oxumuşdu. Keyfiyyətli işlər var, baxanda tək-tük olur, amma indi meyxananın vəziyyəti acınacaqlıdır. 2000-lərin əvvəlində meyxana özü idi. Bu gün avam uşağı elmi konfransa çıxarıb, deyə bilməzsən ki, fizikadan yeni nailiyyətləri onunla bölüşün. Adama deyərlər ki, axı nə söyləsəm, başa düşməyəcək. Meyxananı da eləcə elmi konfransa çıxarmağa çalışdılar. Ortalıqda qaldı. Meyxana küçədə yaxşı idi, küçəni loru dildə deyirəm. Demirəm ki, gedib tində davam etsinlər. Amma meyxana “palatka” toylarında ənənəvi formada gözəl idi. Sonradan lazımsız müdafiə başladı ki, biz 13 saniyəyə şairlərin yaza bilmədiklərini deyirik. Hansı ki, şairlərin cırıb atdıqları belə indi ən güclü meyxana deyənin ən yaxşı misrasından üstündür. Bu barədə mənimlə heç kim mübahisə edə bilməz. Çünki mən meyxananın dərinliklərini bilirəm. Meyxanaçılar da bilirlər ki, mən meyxananı hansı səviyyədə bilirəm. Keçmişimdə meyxana sənəti ilə yaxın əlaqəm olub. Söz elə bir şeydir ki, nənəmiz də durduq yerə, maraqlı ifadə işlədə bilər. İstənilən insan elə bir söz deyər ki, baxarsan ki, bu hardan gəldi. Söz İlahi ilə işləyir. Allah dünyanı yaradanda birinci sözü yaradıb. Söz də bizə keçən birinci məsələdir. İstənilən insanda var. Elə meyxanaçılar var ki... Məsələn, Ağakərim. Onun dediyi elə meyxanalar var ki, poeziyadır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://olay.az
archiveBu xəbər 31 Mart 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see160

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see150

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see139

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see138

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see136

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see134

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see132

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see132

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see131

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see131

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see130

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see130

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see130

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see124

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see124

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see122

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see120

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see120

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri