Icma.az
close
up
RU
Sakin: Sayğaclar adımıza keçirilmir, komendant ödənişi karta köçürməyimizi tələb edir

Sakin: Sayğaclar adımıza keçirilmir, komendant ödənişi karta köçürməyimizi tələb edir

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov prospekti, 369 ünvanındakı binanın sakinləri işıq, su, qaz sayğaclarının adlarına keçirilməməsindən şikayətçidirlər.

Bu barədə Oxu.Az-a şikayət ünvanlayan Zeynəb Şıxəliyeva məlumat verib.

O bildirib ki, iş adamı Rövşən Hüseynovun apartman tipli binasından 2021-ci ildən ev alıb və təmir etdirib. 2023-cü ildən etibarən həmin evdə yaşamağa başlayıb:

"Notarius da alqı-satqı müqaviləsi ilə bizə bu evi satılıb. Evi aldıqdan sonra 30 gün müddətində sənədlər hazırlanıb, çıxarışımı götürmüşəm. Fərdi-paylı çıxarış verilib. Biz bura köçəndən bu yana işıq, qaz, su üçün ödənişləri komendant Səxavətin bank kartına ödəniş edirik, o da müvafiq qurumlara ödədiyini deyir, amma bizə heç bir çek təqdim olunmur. Heç bir sayğac adımıza deyil.

Bir müddət sonra sayğac qoydular, onların da bazardan alınma olduğunu bildirirlər. Hər dəfə deyəndə bizim sayğacları adımıza keçirin bəhanə gətirirlər ki, düzələcək. Burada 13-14 ailə yaşayır. Hamı eyni vəziyyətdən şikayətçidir. Bizim şikayət etdiyimizi biləndə komendant bizi hədələdi ki, siz şikayət etmisiniz, bundan sonra işıq, qaz, suyunuz kəsiləcək, üstəlik qanunsuz olaraq biz sənədlərimizi tələb etdiyimiz halda bizdən kommunal ödəniş istəyir. Cibimizdən verib qoydurduğumuz domofonu ayırıb, bloku işıqsız qoyub. Heç kimi evimizə qeydiyyata sala bilmirik. İndi nə adımıza sayğac verirlər, nə də qeydiyyata ailə üzvlərimizi sala bilirik".

Məsələ ilə bağlı sözügedən komendant Səxavət Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ünvanda sayğaclar artıq quraşdırılıb, yaxın günlərdə abonent kodları vətəndaşların adlarına keçirilərək onlara təhvil veriləcək:

"Bütün bunlar proseslə olan şeylərdir. Birdən-birə icra edilmir. Bütün sayğaclar quraşdırılıb. İşığın, suyun, qazın sayğacı qoyulub, yüksək səviyyədə də təmin olunub vətəndaşların istifadəsinə verilib. Burada bircə abonet kodlarının verilməsi qalıb, yaxın günlərdə həmin kodlar sakinlərin adlarına keçiriləcək".

Komendant paylı çıxarış verilməsi məsələsinə aydınlıq gətirilib:

"Sakinlərin yaşadığı ünvandakı mənzillər apartman tipli mənzillərdir. Bu tip mənzillərdə alqı-satqı zamanı paylı çıxarış verilir. Özləri nə vaxt istəsələr, toplaşıb ərizə ilə məhkəməyə müraciət edib sənədlərini ala bilərlər. Burada çətin bir məsələ yoxdur".

Səxavət Piriyev hədələmə iddialarının əsassız olduğunu bildirib:

"Hansı dövrdə yaşayırıq ki, kimsə, kimisə hədələsin? Müstəqil ölkədə yaşayırıq. Qayda-qanun var, bu qaydalar əsasında da işlərimizi görürük".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri