Sakinlər şikayət etdi Biləsuvarda su ilə bağlı nöqsanlar aşkarlandı
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ADSEA-nın “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə uyğunsuzluğun aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.
Bu barədə “Qafqazinfo”ya Agentlikdən məlumatda bildirilib.
Qeyd edilib ki, Biləsuvar rayon sakinlərinin müraciətləri əsasında aparılan araşdırmalar zamanı su təchizatı prosesinin daha effektiv və hüquqi tələblərə tam uyğun şəkildə təşkili üçün əlavə mexanizmlərin tətbiqinə ehtiyac olduğu müəyyənləşib. Araşdırmaların nəticəsi olaraq, “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin fəaliyyətinin Rəqabət Məcəlləsinə tam uyğunluğunun təmin edilməsi məqsədilə bir sıra təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas tutularaq iş qaldırılıb.
İşə baxılma prosesində təbii inhisar subyekti olan “Regional Su Meliorasiya Xidməti” PHŞ tərəfindən Biləsuvar rayonu ərazisində su təchizatı ilə bağlı həyata keçirilən müəyyən inzibati və texniki məsələlərin sahə üzrə qanunvericilik tələblərinə uyğun daha sistemli şəkildə icra olunmasının vacibliyi və uyğunsuzluğun nəticələrinin aradan qaldırılmasına ehtiyac olduğu müəyyən edilib.
Bu xüsusda Rəqabət Məcəlləsinin müvafiq müddəaları nəzərə alınmaqla, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə bütün ölkə ərazisində, o cümlədən Biləsuvar rayonunda su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.
Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin daha şəffaf aparılması, müvafiq tariflərin düzgün tətbiqi, həmçinin texniki infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 02 Dekabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















