Icma.az
close
up
RU
Sakinlərin binaların həyətinə şlaqbaum quraşdırması qanunidir? Dövlət qurumundan AÇIQLAMA

Sakinlərin binaların həyətinə şlaqbaum quraşdırması qanunidir? Dövlət qurumundan AÇIQLAMA

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar Bakıda yaşayış binalarının həyətlərində yeni tendensiya müşahidə olunur.

Sakinlər öz təşəbbüsləri ilə binaların girişinə şlaqbaum (avtomatik baryer) quraşdırırlar. Məqsəd isə sadədir: kənar şəxslərin binanın həyətində avtomobil saxlamasının qarşısını almaq.

BAKU.WS-in məlumatına görə, bir çox binalarda bu qurğunun idarəetmə pultları sakinlər arasında bölüşdürülür.

Beləliklə, həyətə yalnız həmin binanın sakinləri daxil ola bilir. Bu isə həm park problemini azaldır, həm də həyətin nizamını qoruyur.

Amma ortaya mühüm suallar çıxır: Bu addım qanunidirmi? Məgər bina həyəti sakinlərin şəxsi mülkiyyətinə aiddir? Fövqəladə hal baş verərsə, FHN-in texnikası, təcili tibbi yardım avtomobili həyətə necə daxil olacaq?

BAKU.WS məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanlayıb. Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən cavabda bildirilir ki, yanğınların söndürülməsi üçün istifadə olunan su mənbələrinə və həyətlərə gedən yolların üzərində istənilən maneənin, o cümlədən şlaqbaumların quraşdırılması qanunla qadağandır:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2016-cı il tarixli 143 nömrəli qərarına əsasən Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükə sistemlərilə təchiz edilməsi üzrə xüsusi tikinti normalarının təsdiq edilməsi barədə qərarına əsasən qeyd olunan növ obyektlərin (hansı ki bu obyektlərin də siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarı ilə təsdiqlənib) ərazisinin fiziki mühafizəsi zamanı avtomatik çəpərlərin mexanizmlərinin yəni şlaqbaumların tətbiqinə yol verilir. Digər hallarda isə bu məsələ tənzimlənmədiyinə görə, yanğın təhlükəsizliyi qaydalarının 3.3-cü yarımbəndində nəzərdə tutulan yolverilməz fəaliyyətlə əlaqədar bir daha bildiririk ki yaşayış binalarının giriş-çıxış yollarının üzərində maneələrin quraşdırılması yolverilməzdir".

Banu Hüseynli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri