Icma.az
close
up
RU
Salah “Qarabağ”la oyunda əsas heyətdəki yerini itirə bilər in İCMALI

Salah “Qarabağ”la oyunda əsas heyətdəki yerini itirə bilər in İCMALI

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Liverpul”un əfsanəsi Ceymi Karrager bildirib ki, Məhəmməd Salah artıq komandanın start heyətində zəmanətli yerə sahib olmamalıdır.

İdman.Biz-in məlumatına görə, İngiltərə Premyer Liqasının VIII turunda “Mançester Yunayted”ə 1:2 hesabı ilə uduzduqdan sonra klubun keçmiş müdafiəçisi qeyd edib ki, misirli hücumçu hazırda eniş dövrü keçirir və istirahətə ehtiyacı var.

“Düşünürəm ki, artıq elə bir mərhələyə çatmışıq ki, Məhəmməd Salah hər oyuna start heyətində çıxmalı olan futbolçu deyil. Bu, baş məşqçi üçün ciddi dilemmanın başlanğıcıdır”, - deyə Karrager “The Gary Neville Podcast”də bildirib.

O, həmçinin əlavə edib ki, Arne Slot Salahı artıq qarşıdakı oyunlarda ehtiyatda saxlamalıdır:

“Məncə, Salah Vircil van Deyk kimi adını start siyahısına birinci yazılan oyunçu olmamalıdır. “Liverpul”u iki səfər oyunu gözləyir - Çempionlar Liqasında “Ayntraxt”a qarşı və Premyer Liqada “Brentford”la matç. Hesab edirəm ki, Salah bu iki oyunun hər ikisinə start heyətində çıxmamalıdır. O, “Enfild”də həmişə oynamalıdır, çünki orada komanda dominant olur və o, rəqib qapısı qarşısında daha çox şans qazanır. Amma səfərdə, indiki forması ilə, düşünürəm, ona istirahət vermək daha doğru olar”, – deyə “Liverpul”un sabiq oyunçusu vurğulayıb.

Karrager qeyd edib ki, Salah artıq ardıcıl yeddi Premyer Liqa oyununda qoldan uzaq qalıb. Bu, onun 2017-ci ildə “Liverpul”a keçidindən bəri ən uzun qolsuz seriyasıdır. Əgər misirli hücumçu bu seriyanı qıra bilməsə, çox yaxın vaxtlarda əsas heyətdəki yerini itirə bilər.

“Yaşın otuzu keçəndə və ən yaxşı oyununu göstərməyəndə, bəzən yerini başqasına verməli olduğunu dərk etməlisən. Əgər qol vurmursansa, baş məşqçi səni ehtiyatda saxlayarsa, bundan şikayət etməyə haqqın yoxdur”, - deyə futbol mütəxəssisi bildirib.

Sabiq müdafiəçi mümkün alternativ variant da təklif edib:

“Bəlkə, səfər oyunlarından birində sağ cinahda Frimponqu sınamaq olar. O, həm müdafiəyə kömək edər, həm də hücumda sürət və aqressiya əlavə edə bilər”.

“Sky Sports”un yazdığına görə, “Liverpul”un baş məşqçisi Arne Slot hələ ki, Salaha etimad göstərir. Lakin son nəticələrdən sonra misirli futbolçu üzərindəki təzyiq artır - xüsusən də “mersisaydlılar”ın həm Premyer Liqada, həm də Çempionlar Liqasında uğursuz çıxışından sonra. Xatırladaq ki, komanda sonuncu matçında İstanbulun “Qalatasaray” klubuna 0:1 hesabı ilə uduzub.

Misirli futbolçunun “Liverpul”la müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Bununla belə, klub rəhbərliyi hücum xəttində yenidənqurma aparmaq və komandada Aleksander İsakla Florian Virtsin üzərində oyun sistemi qurmaq niyyətindədir. Hər iki futbolçuya ötən yay 240 milyon funt sterlinq sərmayə qoyulub.

Xatırladaq ki, Ağdamın “Qarabağ” klubu 2026-cı il yanvarın 28-də “Liverpul”la səfərdə qarşılaşacaq. Hazırda “Qarabağ” altı xalla turnir cədvəlində 6-cı, Arne Slotun yetirmələri isə üç xalla 17-ci pillədə qərarlaşıb.

Teymur Tuşiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri