Saleh Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabrın 26-da saat 11:00-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
525.az agentliyə istinadən xəbər verir ki, qəbulda Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinləri iştirak edə bilərlər.
Məlumata əsasən, qəbula yazılmaq istəyən vətəndaşlar bu ünvanlarda öncədən qeydiyyatdan keçə bilərlər: Hacıqabul rayonu üzrə: "20 №-li Yol İstismarı" MMC, Şirvan şəhəri üzrə: "33 №-li Yol İstismarı" MMC.
Qəbula gələn vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli və qaldırdıqları məsələlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















