Icma.az
close
up
RU
Saleh Məmmədovun işdən çıxarılması ATF in çöküşünü başlada bilər

Saleh Məmmədovun işdən çıxarılması ATF in çöküşünü başlada bilər

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi ona yaxın şirkət hesab edilən ATF MMC-nin fəaliyyətinə də təsirsiz ötüşməyə bilər. 

Qaynarinfo xəbər verir ki, ATF MMC "tender kralı" kimi tanınır. Şirkətin xüsusilə yol təmiri ilə bağlı iri məbləğli tenderlərdə qalib seçilməsi Saleh Məmmədov faktoru ilə əlaqələndirilir. 

Mediada gedən məlumatlardan aydın olur ki, ATF MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehran Muradov Saleh Məmmədovun işçisi olub. Onun vaxtilə 17 saylı Yol İstismar İdarəsinin direktoru vəzifəsində çalışdığı deyilir. 

Saleh Məmmədovun işdən çıxarılması hətta şirkətin çöküşünü şərtləndirə bilər. Nəzərə alsaq ki, adına heç bir yerdə rast gəlinməyən ATF MMC yalnız yol təmirlərindən qazanır. Hətta bu layihələrdə ATF-nin AAYDA-ya məxsus tesnikadan istifadə etməsi barədə iddialar da var.   

ATF MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Muradov Azad Əzim oğludur. 

Şirkət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşları tərəfindən təsis edilib. ATF MMC-nin adı da onların adlarının baş hərflərindən götürülüb. 

ATF MMC bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Məsələn, 2018-ci ildə Fəxrədin Muradov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, ATF şirkəti dövlətə 361 000 manat ziyan vurub. 

Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa çıxıb.

Muradov qardaşları həm də "Göyçay Petrol-A" MMC-nin benefisiarıdır. Bir neçə il əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin (YDM) fəaliyyətini dayandırmışdı. 

FHN-nin həmin vaxt yaydığı məlumatda bildirilirdi ki, məntəqədə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. 

Seyid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Fevral 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri