Icma.az
close
up
RU
Şalke 04 ilə Fənərbaxça nın əfsanələri üz üzə gələcək

Şalke 04 ilə Fənərbaxça nın əfsanələri üz üzə gələcək

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın Helzenkirhen şəhərində maraqlı bir futbol matçının keçiriləcəyi məlum olub.

''Football-plus.az'' xəbər verir ki, ''Şalke-04'' ilə ''Fənərbaxça''nın əfsanələri üz-üzə gələcək. Oyun aprelin 12-də Helzenkirhen şəhərində yerləşən ''Sportanlage Ückendörf'' stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 16.30-da başlayacaq. ''Schalke 04 Traditionsmannschaft'' ilə ''Fenerbahçe Legends'' komandalarının oyununda iki klubun tanınmış simaları ilə yanaşı Almaniya ilə DÇ-2014-ün qalibi olmuş futbolçular da çıxış edəcək.
Oyunla bağlı son məlumatlar ''Helzenkirhen Fənərbaxçalılar Dərnəyi''nin rəsmi səhifəsində paylaşılıb. Elə bilet satışını da bu dərnək həyata keçirir. Dərnəyin səhifəsində paylaşılanlara əsasən məlum olub ki, həmin gün ''Fənər''in heyətində Sərkan Özsoy, Erol Bulut, Mehmet Yozqatlı, Elvir Boliç, Miroslav Stox, Əli Bilgin, Öndər Turacı, Dəniz Barış, Kamal Aslan, Sərkan Balcı, Bruno Alveş, Mərt Nobre kimi sabiqlər meydana çıxacaq. Məşqçilər korpusunda Yılmaz Vural ilə Bülənt Uyğun yer alacaq. ''Şalke-04''də hələlik yalnız Olaf Ton, Oliver Rek, Aylton kimi tanınmışların oynayacağı dəqiqdi.
Matçın keçirilməsinin məqsədinə gəlincə, oyun Türkiyə ilə Almaniya arasındakı dostluğun möhkəmləndirilməsi niyyəti ilə keçirilir. Hər halda Türkiyə mətbuatında məhz belə qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri