Icma.az
close
up
RU
“Salonda gözüm səni gəzəcək”

“Salonda gözüm səni gəzəcək”

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

"Bu gün sənin günündür. Bu gün hamımız bir araya gəlib sənət - dostların, ailə üzvlərin, doğmaların, övladların, nəvə nəticələrin, səni sevən tamaşaçıların, hər kəs bir araya gəlib səndən danışacayıq, çəkildiyin filmlərdən, oynadığı tamaşalardan, söhbətlər edəcəyik və zarafatlarından danışıb, güləcəyik”.

Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı paylaşımında yazıb. Sənətçi atasının 70 illik yubileyindən bəhs edib:

“Sən pozitiv insan olduğun üçün hər şey səninlə bağlı keçmiş zamanda olsa belə xoş əhval-ruhiyə ilə olacaq. Bu gün sənin günündür, bircə mənim içim qan ağlayır. Elə bilirəm ki, bu qədər şeyi etdikdən sonra sakitləşəcəyəm, nədənsə mənə elə gəlir. Bu gün sənin haqqında olan kitabını, hekayənə çəkdiyim filmi təqdim edəcəyəm. Bu gün sənin 70 illik yubileyindir, bilirsən, səni başqa cür itirmişəm.  Səni itirməyimi başqa cür keçirirəm, hamı kimi deyil.  Qəribədir, həm varsan, həm yoxsan. Çox çıxılmaz durumda qalmışam, amma mən səni çox gözəl tanıdığım üçün bir şeyə əminəm ki, sən bu gün hamıdan tez gələcəksən. Çünku sən dəqiq adam idin və haqqında olan nələrsə sənə hər zaman maraqlı idi. Bilirəm ki, gələcəksən özü də lap axırıncı sıralarda gizlin bir şəkildə əyləşəcəksən. Çünki sənə maraqlı olan nələrdəsə heç zaman göz önündə olmağı sevmirdin. Elə istəyirdin ki, sakitcə izləyəsən, kimsə sənə mane olmasın, gözüm səni gəzəcək, ata.

Bu gün bütün varlığımla yalnız sənə xidmət edəcəyəm. Ruhun şad olsun deyə, əlimdən gələni edəcəyəm. Sadəcə, mənə hiss elətdir ki, ruhun şaddır. Bir xüsusiyyətin var idi - əlinlə öpüş göndərib, əla göstərirdin. Son dəfə səninlə görüşümüzdə belə məni aldatdığın həmin o jestini deyirəm. Bu gün də gəlsən, yubileyini bəyənsən, eyni jesti mənə uzaqdan göstər, bəs edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://axsam.az
archiveBu xəbər 09 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri