Icma.az
close
up
RU
“Salyanda 7 yeni məktəb tikilməli, 17 si əsaslı təmir olunmalıdır” Komitə sədri büdcə müzakirələrində təkliflərini verdi

“Salyanda 7 yeni məktəb tikilməli, 17 si əsaslı təmir olunmalıdır” Komitə sədri büdcə müzakirələrində təkliflərini verdi

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2026-cı il Dövlət büdcəsi ilk növbədə, dövlət başçısının müəyyən etdiyi əsas prioritetlərin - dayanıqlı iqtisadiyyatın, sosial rifahın, təhlükəsizliyin və çevik idarəetmənin maliyyə təminatını reallaşdırır”.

“AzPolitika” bildirir ki, bunu Milli Məlisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

“Bu çıxışda rəqəmlərə müraciət etmədən konseptual olaraq Azərbaycanın keçdiyi yola, yeni dünya düzənində enerji və iqtisadi transformasiyanın mahiyyətinə, 2026–2029-cu illəri əhatə edən büdcə arxitekturasına və strateji yol xəritəsinə nəzər salmaq istərdim”, - millət vəkili çıxışında deyib.

S.Qurbanovun sözlərinə görə, ölkəmiz artıq “resurslara əsaslanan dövlət” modelindən “imkanlar yaradan dövlət” modelinə mərhələli şəkildə keçərək, təkcə neft gəlirlərinin bölüşdürülməsi ilə məhdudlaşmır, əksinə, investisiya axınlarını strateji istiqamətlərə yönəldən, innovasiya və modernizasiyanı stimullaşdıran, iqtisadiyyatın yeni inkişaf fəlsəfəsini formalaşdıran aparıcı dövlət aktoruna çevrilir: “Bu kontekstdə xüsusi vurğulanmalıdır ki, 2026-cı il dövlət büdcəsində həm neft gəlirlərinin, həm də Dövlət Neft Fondundan ayrılan transfertlərin azaldılması məqsədyönlü dövlət siyasətidir. Bu addım fiskal konsolidasiya deyil, iqtisadi modelin yenilənməsinin, qeyri-neft sektorunun dayanıqlı inkişafının maliyyə əsaslarını formalaşdıran strateji qərardır. Prezident İlham Əliyev bu mərhələni belə xarakterizə edir ki: “Biz neftdən asılılığı azaltmalı, qeyri-neft sahələrini əsas inkişaf xəttinə çevirməliyik. Azərbaycanın gələcəyi bilik iqtisadiyyatında, texnologiyada və yaşıl enerjidədir”. “Əgər bu gün biz post-neft dövrünə hazırlaşmasaq, sabah gec olacaq”.

Komitə sədri bidirib ki, qlobal enerji sistemi artıq köhnə məntiq üzrə fəaliyyət göstərmir: OPEC-in hesabatlarında enerjiyə tələbatın 2050-ci ildə daha çox, yəni 85% artacağı göstərilir.

Bu kontekstdə bərpa olunan enerjiyə keçid sürətlənir, OPEC və digər beynəlxalq təşkilatlar neft tələbatının sabitləşdiyini bildirirlər. Karbon emissiyalarının azaldılması siyasətləri sərtləşir, yeni enerji dəhlizləri formalaşır, geosiyasi güc balansları dəyişir.

Sadiq Qurbanov çıxışında bir məqama da diqqət çəkib: “Bu gün enerji yalnız iqtisadi resurs deyil, həm də diplomatik təsir və strateji təhlükəsizlik aləti kimi çıxış edir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu son illərdə daha da güclənib. Yaşıl enerjiyə keçidlə bu daha da artacaqdır. Qlobal iqlim çağırışları fonunda Azərbaycan enerji siyasətinin əsas sütunlarından biri – yaşıl enerji transformasiyasını daha da sürətləndirilməlidir.

Bununla bağlı Xəzər dənizində irimiqyaslı külək enerji layihələrinə hazırlıq işləri aparılır, günəş və külək parkları fəaliyyətə başlayır, azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikasının ərazisi “yaşıl enerji zonası” elan edilib. Nəticədə 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payı 14%-dən 30%-ə, qoyuluş gücündə payı isə 18%-dən 37%-ə çatdırılacaq. Prezident İlham Əliyev bu strategiyanın mahiyyətini belə açıqlayır: “Bizim hədəfimiz Azərbaycanı yaşıl enerji ixrac edən ölkəyə çevirməkdir. Bu, həm iqtisadi, həm də ekoloji baxımdan strateji prioritetimizdir”.

Millət vəvkli Dünya Bankının hesablamalarına diqqət çəkir: “Bu hesablamara görə, yaşıl enerji investisiyaları, ÜDM artımını sürətləndirir, minlərlə yeni iş yeri yaradır, ixrac portfelini diversifikasiya edir, xarici sərmayəni cəlb edir. Hazırkı və gələcək büdcə çərçivəsində bu tipli hesabatların nəzərə alınması, bu sahənin gələcək inkişafda mühüm rol oynaya bilər. Eyni zamanda tullantıların enerji çevrilməsi, enerji səmərəliliyi və təkrar istehsal kimi istiqamətlərin büdcədə ayrıca dəstəklənməsi də vacib məsələlərdəndi”.

Təkliflərini açıqlayan komitə sədri bildirib ki, bu məqsədlə:

“Yaşıl Tullantı və Enerji Fondu”nun yaradılması, enerji çevrilməsi layihələrinin maliyyələşdirilməsi, bu sahədə illik nəticələrin büdcə hesabatında ayrıca göstərilməsi səmərəli olardı. Bu tədbirlər həm ekoloji dayanıqlığı, həm də enerji keçidini daha sürətli və iqtisadi cəhətdən faydalı edə bilər.

Sadiq Qurbanov çıxışının sonunda təmsil etdiyi Salyan rayonundakı bir neçə problemi diqqətə çatdırıb. Bildirib ki, rayonda 7 yeni məktəbin tikilməsinə, 17-sinin isə əsaslı təmirinə, o cümlədən Qarabağlı-Qaraçala-Kürsəngi 27 km-lik yolun təmirinə çox böyük ehtiyac var. “Xahiş edirəm nəzərə alasınız. Büdcəni dəstəkləyir, onu hazırlayanlara təşəkkür edirəm”, - millət vəkili çıxışını yekunlaşdırıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see337

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see211

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see190

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see183

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see171

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see159

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri