Salyanda avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Salyanda qəzaya uğrayan avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “KİA” markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzəağa oğlu idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb.
Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq üçün kran çağırıb.
Avtomobili hadisə yerindən qaldıran kranın trosu qırılıb və avtomobil sürücünün üzərinə düşüb və nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Salyanda avtomobilin kanala aşıb, sürücü ölüb
09 Yanvar 2026 23:18
Salyanda qəzada sürücü avtomobildə yanaraq ölüb
08 Oktyabr 2025 06:12
Balakəndə sürücü avtomobilin altında qalaraq HƏYATINI İTİRDİ
09 Fevral 2025 14:06
Gəncədə 72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalaraq ölüb
13 Dekabr 2025 11:14
Baxış sayı:123
Bu xəbər 20 Aprel 2025 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















