Icma.az
close
up
RU
Salyanda güclü külək elektrik dirəyini aşırıb, şəhərin bir sıra küçələri işıqsız qalıb

Salyanda güclü külək elektrik dirəyini aşırıb, şəhərin bir sıra küçələri işıqsız qalıb

Güclü külək Salyanda fəsadlar törədib, şəhərin bir sıra küçələri işıqsız qalıb. Günorta saatlarında başlanan külək daha da güclənib.

Sakinlərin sözlərinə görə, güclü külək şəhərdə elektrik dirəklərindən birini aşırıb, naqillər qırılıb. Nəticədə iki saatdan çoxdur ki, şəhərin Heydər Əliyev prospektinin bir hissəsi, Əliağa Kürçaylı, Təbriz Xəlilbəyli, Yunis Zərgərli, Ənvər Qasımzadə, Əli Zeynalov, Axund Mirbağırağa küçələri işıqsız qalıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən lazımı tədbirlər görülür.

Report

seeBaxış sayı:1
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri