Icma.az
close
up
RU
Paşinyanla Kilsə arasında açıq qarşıdurma: Ermənistan daxilində yeni siyasi cəbhə

Paşinyanla Kilsə arasında açıq qarşıdurma: Ermənistan daxilində yeni siyasi cəbhə

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ermənistanda baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında gərginlik son həftələrdə açıq qarşıdurmaya çevrilib. Paşinyanın bəzi keşişləri “subaylıq andını pozmaqda” ittiham etməsi, sadəcə əxlaq məsələsi deyil - bu, illərdir yığılan siyasi gərginliyin tətiklənməsi kimi qiymətləndirilir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Paşinyanın “yeni Ermənistan” modeli ilə kilsənin ideoloji təsiri ziddiyyət təşkil edir. Məsələ təkcə dini nüfuz deyil - söhbət kilsənin tarixən formalaşmış siyasi çəkisindən və revanşist düşüncəni yaşadan əsas mərkəzlərdən biri olmasından gedir. Məhz bu səbəbdən Ermənistan daxilində baş verən bu qarşıdurma, regionda sülh və sabitlik axtarışında olan Azərbaycan üçün də diqqətəlayiqdir.

Politoloq qeyd edib ki, Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra dövlətlə kilsə arasındakı münasibətlər kəskin şəkildə dəyişib:

“Paşinyan bu müddətdə kilsənin dövlətə paralel nüfuz mərkəzinə çevrilməsindən narahat olduğunu gizlətməyib. Bu münasibətlərdə əsas qırılma nöqtələri bunlar olub:

- Hakimiyyət kilsənin imtiyazlı statusuna toxunmağa cəhd etdi – o cümlədən torpaq mülkiyyəti, iqtisadi resurslar və tarixi iddiaların yenidən baxılması gündəmə gətirildi;

- Kilsə siyasi müxalifətlə əlaqələrini möhkəmləndirərək, 44 günlük müharibədən sonra Paşinyana qarşı etiraz kampaniyalarını dəstəklədi.

Ermənistandakı müxalifət zəif və parçalanmış olduğu üçün, kilsənin siyasi proseslərdə daha fəal rol alması faktiki olaraq onu ən təsirli müxalif gücə çevirdi. Tavuş vilayətində başlanan mitinqlər və keşiş Baqratın simasında kilsənin küçə hərəkatına qoşulması bu xəttin təkamülüdür”.

Proseslərdə Rusiya faktorundan - Moskvanın bölgəyə qayıdış cəhdi və kilsənin rolundan - danışam Z.Qarayevanın sözlərinə görə, Kreml hazırda Ukrayna münaqişəsi fonunda regiondakı nüfuzunu bərpa etməyə çalışır və bu məqsədlə Ermənistan daxilindəki təsir rıçaqlarına güvənir. Dediyinə görə, ənənəvi müxalif liderlər - Koçaryan və Sarkisyan - artıq ictimai dəstək baxımından Paşinyana alternativ deyil. Bu səbəbdən, Rusiya üçün kilsə ən etibarlı vasitəyə çevrilir:

“Paşinyan bunu hiss edir və kilsəyə qarşı açıq ittihamların bir səbəbi də Moskvanın potensial təsir kanalını zəiflətməkdir. Beləliklə, daxili qarşıdurma həm də regional rəqabətin tərkib hissəsinə çevrilir”.

Züriyə Qarayeva: Kilsənin oynadığı rol siyasi müxalifətdən daha təhlükəlidir

Politoloq vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları Paşinyan üçün siyasi prioritetdir:

“Lakin ölkədaxili güclər, xüsusilə kilsə bu prosesə qarşı sərt mövqe tutur. Müharibənin nəticələrini qəbul etməyən və revanşizm ideyasını yaşadan kilsə, cəmiyyətin müəyyən kəsimini təsiri altına almaqla Paşinyanın sülh təşəbbüslərini zəiflədə bilər.

Kilsənin burada oynadığı rol siyasi müxalifətdən daha təhlükəlidir - çünki bu təsir dini və emosional çərçivəyə bürünərək daha dərin yayıla bilir”.

Həmsöhbətimiz Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi siyasi

aktivliyin artığına diqqət çəkib. Onun sözlərinə görə, Ermənistan mediası kilsənin Qaregin II-nin xeyir-duası ilə təşkilatlanmaya başladığını yazır:. Kilsə sadəcə daxildə deyil, xaricdə - xüsusilə diaspor çevrələrində də Paşinyan əleyhinə rəy formalaşdırmaq gücünə sahibdir. Bu, seçkilər öncəsi Qərbdəki erməni cəmiyyətlərində Paşinyanın nüfuzuna ciddi zərbə vurmaq potensialı daşıyır:

“Hazırda müzakirə olunan “Erməni Apostol Kilsəsi ilə Ermənistan Respublikası arasında münasibətlər haqqında” qanun layihəsi, kilsənin hüquqi statusunu yenidən müəyyən etməyə yönəlib. Paşinyan tərəfi kilsəyə muxtariyyət statusu verməkdən imtina edir və ya bunu yalnız kilsə rəhbərliyi dəyişərsə mümkün sayır.

Bu səbəbdən də, kilsənin daxilindəki mənəvi nüfuzun sarsıdılması məqsədilə “subaylıq andını pozan keşişlər” mövzusu gündəmə gətirilir. Bu, yalnız şəxsi davranış deyil, institusional etibara zərbədir”.

Z.Qarayeva deyib ki, N.Paşinyanın kilsəyə qarşı başlatdığı yeni mərhələli hücum, sadəcə əxlaqi deyil, siyasi, hüquqi və geosiyasi müstəvilərdə gedən mübarizənin tərkib hissəsidir. Kilsə sadəcə dini institut deyil; o, həm də Ermənistan cəmiyyətində revanşizmi ideoloji səviyyədə daşıyan, Moskva ilə əlaqələri qoruyan və gələcək seçkilər üçün ciddi təhdid yaradan strukturdur.

“Bu qarşıdurmanın nəticələri yalnız Ermənistan üçün deyil, Cənubi Qafqazın gələcək sabitliyi, Azərbaycanla münasibətlərin inkişafı və regional təhlükəsizlik üçün də əhəmiyyətlidir”, - deyə Züriyə Qarayeva qeyd edib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see281

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri