Salyanda kanalizasiya xətlərini təmir edənlərin əməkhaqları ödənilməyib (VİDEO)
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Salyanda kanalizasiya xətlərinin yenidən qurulması işlərini həyata keçirən və hazırda fəaliyyətini dayandırmış şirkətin əməkdaşlarının bəzilərinin əməkhaqları ödənilməyib.
"Xəzər Xəbər"ə müraciət edən "YKT TİKİNTİ" MMC-nin keçmiş işçiləri deyirlər ki, ötən il Salyan rayonunda sözügedən şirkətdə fəhlə olaraq çalışıblar. Lakin avqust ayında əmək haqqının ödənilməsi gecikib. Bu gecikmə sentyabr ayında da davam edib.
Şikayətçilərin sözlərinə görə, dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, nəticəsi olmayıb.
Məsələ ilə bağlı "YKT TİKİNTİ" MMC-nin keçmiş texniki korpus mühəndisi Faiq Əli bildirib ki, şirkət 2024-cü ilin yanvar ayından Salyan rayonunda kanalizasiya xətlərinin yenidən qurulması işlərini həyata keçirib. Lakin ilin sonuna yaxın maliyyə böhranı ilə əlaqədar işlərin azalması səbəbindən şirkət fəaliyyətini dayandırıb. Bildirilib ki, dekabr ayında sözügedən əməkdaşlara əməkhaqlarının bir hissəsi qismən ödənilib.
Qalan əməkhaqları isə iki həftə ərzində tamamilə ödəniləcək.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:123
Baxış sayı:123 Bu xəbər 24 Yanvar 2025 23:30 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 24 Yanvar 2025 23:30 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















