Salyanda üç nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI: “Qonaq yola salırdılar“
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Noxudlu kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. İki "Mercedes" markalı minik avtomobilinin toqquşması faciə ilə nəticələnib.
Baku TV-nin məlumatına görə, hadisə nəticəsində Sabirabad rayon sakinləri - 61 yaşlı Vüqar İmanov və 32 yaşlı Coşqun Məmmədov aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Vüqar İmanovun oğlu - 32 yaşlı Tərlan İmanov xəstəxanada dünyasını dəyişib. Qəza zamanı daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Sabirabad rayon sakinləri - 41 yaşlı Mirzağa Məmmədov, onun həyat yoldaşı 33 yaşlı Pərvanə Məmmədova və qızları 15 yaşlı Fatimə Məmmədlidir.
"Zəng etdilər ki, qonşun qəzaya düşüb. Üç balası yetim qaldı. Mirzağanın dayısı nəvəsi Moskvaya qayıdırdı. Onu yola salmağa gedirdilər, başlarına bu iş gəldi", - deyə qəzaya düşənlərin yaxını hadisə ilə bağlı danışarkən bildirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















