Icma.az
close
up
RU
Salyanda 4 nəfərin həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI VİDEO

Salyanda 4 nəfərin həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Salyan rayonunun Seyidlər kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, qəza zamanı 4 nəfər dünyasını dəyişib, onlardan 3-ü bir ailənin üzvləridir. Hadisə sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı kollektora aşması nəticəsində baş verib. Maşında ümumilikdə 6 nəfər olub.
Hadisə yerinə dərhal təcili yardım briqadaları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb olunub. Məlum olub ki, avtomobildə olan Nərmin Güləli qızı İsmayılova, onun iki azyaşlı övladı Rza Elşən oğlu İsmayılov və Hüseyn Elşən oğlu İsmayılov su ilə dolu kollektorun içində boğularaq həyatlarını itiriblər.
Avtomobilin sürücüsü, eyni zamanda İsmayılovlar ailəsinin qohumu olan 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib. Qəza zamanı avtomobildə olan digər sərnişinlər Elşən İsmayılov və onun 3 yaşlı oğlu Vüqar İsmayılzadə ağır vəziyyətdə nəqliyyat vasitəsindən çıxarılaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Kənd sakinlərinin sözlərinə görə, qəzaya düşən şəxslər qonaqlıq mərasimindən qayıdırmışlar.
Qeyd edək ki, həlak olan Aqil Məmmədov Salyan Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsində baş məsləhətçi vəzifəsində çalışırdı.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Yanvar 2025 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri