“Şam yeməyində belə rəqabət aparırdı” Ronaldodan danışdı
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real Madrid” və “Mançester Yunayted”in keçmiş hücumçusu Xavyer Ernandes (Çiçarito) Rio Ferdinandın müəllif podkastında Kriştianu Ronaldo barədə təəssüratlarını bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, meksikalı hücumçu 2014/15 mövsümündə portuqaliyalı ulduzla birlikdə “Kral klubu”nun şərəfini qoruyub.
Ferdinandın “Ronaldo ilə eyni soyunub-geyinmə otağında olarkən ilk təəssüratın necə oldu?” sualına “Çiçarito” belə cavab verib:
“Möhtəşəm idi. Sizin Mançesterdə onun haqqında danışdıqlarınızın hamısı həqiqət idi. O, hətta şam yeməyi masasında belə rəqabət aparırdı. Lakin bu rəqabət ruhunun təkəbbürlə heç bir əlaqəsi yoxdur. O, kimsədən üstün olduğunu sübut etməyə çalışmırdı. Sadəcə, ən yaxşı olmaq üçün hər gün, hər saniyə bu rejimdə olmalısan. Şəxsi söhbətlərimizdə də o, tamamilə səmimi və təbii insan idi”.
Məlumat üçün bildirək ki, Kriştianu Ronaldu 5 qat Çempionlar Liqasının qalibi, 2016-cı ilin Avropa çempionu və ikiqat Millətlər Liqasının qalibidir. Portuqaliyalı ulduz, həmçinin milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatı tarixinin ən çox qol vuran oyunçusudur. Bundan başqa, Ronaldo 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.
Baxış sayı:94
Bu xəbər 07 Avqust 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















