Samara vəfat etdi (Foto)
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"Lilo & Stitch" animasiya filmində Lilonu səsləndirməsi və "The Ring" qorxu filmində Samara Morqan obrazı ilə tanınan amerikalı aktrisa Deyvi Çeyz 35 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, xarici KİV-in məlumatına görə, aktrisanın ölüm xəbərini həyat yoldaşı Roy Hernandez təsdiqləyib. Onun sözlərinə görə, Çeyz meningit və qan infeksiyası səbəbindən yaranan sepsis nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, aktrisa bu ayın əvvəlində ağır qidalanma çatışmazlığı səbəbindən Los-Ancelesdə xəstəxanaya yerləşdirilmişdi. Sonrakı müayinələr zamanı ona meningit və bir neçə ciddi qan infeksiyası diaqnozu qoyulub. Həkimlər vəziyyətinin kritik olduğunu və yaşamaq şansının çox az qaldığını bildirmişdilər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 İyun 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















