Icma.az
close
up
RU
Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavodu hücuma məruz qalıb

Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavodu hücuma məruz qalıb

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Bu zavod səsdən sürətli təyyarələr üçün yanacaq istehsal edən iri neft emalı müəssisəsidir..."

Martın 10-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Samara vilayətində yerləşən Novokuybışevsk Neft Emalı Zavoduna zərbə endirib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsindəki mənbə məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.

Qeyd edilir ki, bu zavod Su-27, Tu-22M3 və digər səsdən sürətli təyyarələr üçün reaktiv yanacaq istehsal edir. Məlumata görə, zavoda zərbələr yerli vaxtla gecə saat 2 radələrində endirilib və şəhərin bir neçə rayonunda partlayış səsləri eşidilib.

Yeraltı mənbələr və şahidlər sosial şəbəkələrdə zavod ərazisində bir neçə partlayışın baş verdiyini bildirib. Həmçinin, zavodun dron hücumlarından qorunması üçün nəzərdə tutulan xüsusi müdafiə şəbəkələrinin quraşdırılmasının tam başa çatdırılmadığı qeyd olunub.

Rusiyada partlayışlar

Mənbəyə əsasən, Novokuybışevsk Neft Emalı Zavodu Samara vilayətində "Rosneft" şirkətinə məxsus ən güclü neft emalı müəssisəsidir. Zavodun illik emal gücü 8,8 milyon tondan çoxdur.

Bura, xüsusilə, Su-27 və Tu-22M3 tipli təyyarələr üçün yüksək keyfiyyətli RT markalı reaktiv yanacaq istehsal edən əsas müəssisələrdən biridir. Bu təyyarələr Rusiya ordusu tərəfindən Ukraynaya raket zərbələri endirmək üçün istifadə olunur. 

Qeyd edək ki, bu zavod 2024-cü ilin mart ayında ən azı iki dəfə dron hücumlarına məruz qalıb.

Rusiyanın neft emalı zavodlarına hücumlar

Xəbər verildiyi kimi, martın 8-də Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə məxsus dronlar Rusiyanın Leninqrad vilayətindəki neft emalı kompleksinə hücum edib.

PUA-lar Leninqrad vilayətinin Kiriş rayonunda yerləşən "Kirişnefteorqsintez" müəssisəsinə zərbə endirib. Partlayış səhər saat 6 radələrində baş verib, nəticədə müəssisəyə məxsus ən azı bir yanacaq çəni zədələnib.

"Kirişnefteorqsintez" Kremlin neft emalı sənayesində mühüm rol oynayır və Rusiya ordusunun logistikasını təmin edən əsas obyektlərdən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Mart 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri