Şamaxı Qonaqkənd yolunda yenidən torpaq sürüşməsi: Hərəkət üçün təhlükə yaranıb
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şamaxı-Qonaqkənd avtomobil yolunda yenidən torpaq sürüşməsi baş verib.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, sözügedən yol 2019-cu ildə əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Lakin cəmi iki il sonra - 2021-ci ildən etibarən ərazidə torpaq sürüşmələri qeydə alınmağa başlayıb.
İlkin mərhələdə sürüşmə yolun bir neçə nöqtəsində müşahidə olunsa da, zaman keçdikcə proses genişlənərək daha böyük ərazini əhatə edib. Sakinlərin dediklərinə görə, sürüşmə hər il təkrarlanıb, son günlərdə isə vəziyyət daha da ağırlaşıb.
Hazırda yolun təxminən 30-40 metr uzunluğunda hissəsi ciddi şəkildə zədələnib. Bir hissəsi demək olar ki, tamamilə uçquna məruz qalıb. Kənd istiqamətində hərəkət edən zolağın kənarında dərin uçurum yaranıb.
Hazırda sürüşməyə məruz qalan sahədə nəqliyyat vasitələri yalnız təxminən 50 santimetr enində qalan asfalt zolağı ilə hərəkət edir. Həmin hissədə də asfalt örtüyündə çatlar əmələ gəlib və yolun tamamilə uçmaq təhlükəsi qalmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 Yanvar 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















