Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Şamaxı” Yevlax səfərindən 3 xalla döndü

“Şamaxı” Yevlax səfərindən 3 xalla döndü

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kəpəz (Gəncə) - Şamaxı 0:2 (0:2)
33. Yusif İmanov - 5,0
14. Adama Fofana – 5,0
4. Mate Abuladze – 6,0
29. Dioqo Verdaşka (k) - 5,5
5. Rauf Hüseynli - 5,5
12. Mahamadu Ba – 4,0
(88. Şakir Seyidov, 46) - 4,5
24. Olavale Onanuqa – 5,0
(20. Elcan Əbilov, 72) - 5,0
27. Məqsəd İsayev - 4,0
(77. Fərid Nəbiyev, 46) - 5,5
8. Veysəl Rzayev – 4,5
(11. Rəhman Hacıyev, 46) - 5,5
10. Rinosuke Ohori – 5,5
7. Ehtiram Şahverdiyev - 4,5
(9. Luis Paçu, 46) - 5,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
99. Əli Səmədov
17. Ümid Səmədov
23. Fərid Kələntərov
21. Sadiq Şəfiyev
80. Şahnur İsmayılov
Komandanın ən yaxşısı: Mate Abuladze
Baş məşqçi: Azər Bağırov
1. Rikardo Fernandes – 7,0
4. Sezar Enrike – 5,5
44. David Santos – 5,5
5. Arsen Ağcabəyov (k) - 6,5
82. Rüfət Abbasov – 6,0
7. Edqar Adilxanov – 6,0
(27. Emil Süleymanov, 81) - qiymətsiz
97. Oruc Məmmədov - 5,5
13. Rikardo Apolinario – 5,5
(8. Alfons Msanqa, 58) - 4,5
2. Abdulla Rzayev – 6,0
(80. Həbib İsmayılov, 61) - 5,5
9. Karim Rossi – 6,5
(19. Abdullahi Şuaybu, 81) - qiymətsiz
11. Dioqo Balau – 6,0
(10. Andrey Tırkovyanu, 81) – qiymətsiz
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
17. Rafael Məhərrəmli
21. Bilal İsmayılov
48. Ramiz Muradov
14. Ravil Qafarov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rikardo Fernandes
Qollar: A.Ağcabəyov, 12 (0:1, R.Apolinario). K.Rossi, 45+1 (0:2, A.Rzayev).
Vərəqələr: R.Apolinario, 24 (qeyri-idman hərəkəti). A.Rzayev, 41 (qeyri-idman hərəkəti). Ş.Seyidov, 54 (qeyri-idman hərəkəti). D.Verdaşka, 79 (qeyri-idman hərəkəti). R.Fernandes, 87 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
31 yanvar. Yevlax. Şəhər stadionu. 500 tamaşaçı (6000 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Azər Bağırovun qayıdışından sonra yenidən yavaş-yavaş xallar qazanmağa başlayan, hətta son turda səfərdə “Qarabağ”ı məğlub edən “Kəpəz” ötən matç evdə autsayderlərdən biri “Qəbələ”dən dörd cavabsız top buraxan Şamaxı”nı nominal ev sahibi kimi qəbul etdi. Oyundan əvvəl hansı komandanın qalib gələcəyini təxmin etmək çətin idi.

İlk təhlükəli vəziyyət 4-cü dəqiqədə yarandı. Əslində elə də təhlükəli demək olmaz. Cərimə meydançası xəttinin üzərindən Rossinin zərbəsi dəqiq olsa da, zəif alındı. Top da Yusifin qucağına gəldi. 12-ci dəqiqədə qonaqlar hesabı açdı. Apolinario Onanuqanın nəzarət etdiyi topu oğurlayaraq Arsenə ötürdü, Arsen isə uzaqdan “altılığ”a zərbə endirərək qol vurmağı bacardı. Bu, Arsenin karyerasında vurduğu ikinci qoldu. Maraqlıdı ki, 25 yaşlı müdafiəçi ilk qolunu ötən mövsüm də qərb təmsilçisinə - “Turan Tovuz”a vurub. 21-ci dəqiqədə isə Ohori şirvanlıları həyəcanlandırdı. Onun uzaqdan zərbəsi qapının yanından keçdi. “Kəpəz” 26-cı dəqiqədə yenidən qola yaxınlaşdı. Məqsədin cərimə zərbəsi dəqiq alınsa da, Rikardo uzanaraq topu çıxarmağı bacardı. İlk hissədə qonaqların heyətində döyüşkənliyi ilə seçilən iki futbolçu var idi - debüt edən Abdulla Rzayev və Edqar Adilxanov. 43-cü dəqiqədə Edqar məhsuldar ötürmə edə bilərdi. Lakin onun ötürməsini Oruc qola çevirsəydi. Fofana ilə birəbir mübarizədən çətinliklə qalib ayrılan Edqar topu nəzarətsiz qalan Oruca ötürdü. Əslində Oruc da yaxşı zərbə endirmişdi. Amma şans gənc futbolçudan üz döndərdi. Top cüzi fərqlə tirin üstündən keçdi. 45+1-ci dəqiqədə Rüfətin sol cinahdan asmasını Abdulla sinəsi ilə Rossinin qabağına atdı, Rossi isə topu Yusifin dayandığı küncə vurdu. İlk hissə bu hesabla başa çatdı.
İkinci hissədə nominal ev sahiblərinin müəyyən üstünlüyünün olduğununu demək mümkündü. Azər Bağırovun əvəzetmələri də komandanın fəallığına təkan verdi. 53-cü dəqiqədə sol cinahla irəliləyən yeni transfer Rəhmanın asmasından sonra Fərid “2-ci mərtəbədə” Rüfəti üstələyərək qapıya zərbə endirməyi bacardı, amma Rikardo yenə də çox inamlı idi. 61-ci dəqiqədə Edqardan topu qəbul edən Msanqa iki “Kəpəz” futbolçusunu keçərək qapıya zərbə endirdi, lakin Yusif bu zərbənin qola çevrilməsinə mane oldu. 76-cı dəqiqədə isə Edqar 3 futbolçunu keçərək qapıya zərbə vurdu, Yusif seyv etməyi bacardı. 3 dəqiqə sonra isə “Kəpəz” qol vurmağa yaxın oldu. Rəhmanın asması bu dəfə də uğurlu alındı. Ohorinin başla zərbəsi isə qol olmadı, səbəb də aydındı - Rikardo Fernandes. 82-ci dəqiqədə Şuaybu əks-hücumdan sonra qol da vurdu, ofsayd səbəbindən qol qeydə alınmadı. 6 dəqiqə sonra portuqaliyalı qapıçı daha bir gözoxşayan hərəkətlə yadda qaldı. Fəridin hava ötürməsindən sonra Paçunun başla zərbəsini elə çıxardı ki...
“Şamaxı” bu qələbə sayəsində xalını 23-ə çatdırdı. “Kəpəz” isə “Qəbələ”nin də qələbəsindən sonra 11-ci pilləyə düşdü.
Gözdən qaçmadı
// “Ayın qolu” layihəsi çərçivəsində dekabrın ən yaxşı qolunun müəllifi olan Rionosuke Ohori mükafatlandırıldı. Ona mükafatı “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim etdi.
// Oyun başa çatandan sonra Azər Bağırov azyaşlı azarkeşlərlə şəkil çəkdirdi.
// İngiliscə bilməyən Sezar Enrikədən müsahibə alan jurnalistlərə Dioqo Balau tərcüməçilik edirdi.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri