Icma.az
close
up
RU
Şamaxıda ardıcıl zəlzələ: faciəvi tarix yenə təkrarlanacaq? RƏSMİ

Şamaxıda ardıcıl zəlzələ: faciəvi tarix yenə təkrarlanacaq? RƏSMİ

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son günlər Şamaxı rayonunda ardıcıl olaraq qeydə alınan zəlzələlər əhali arasında ciddi narahatlıq yaradıb. Tarixən seysmik cəhətdən aktiv zona kimi tanınan bu bölgə bir neçə dəfə dağıdıcı zəlzələlərlə üzləşib və həmin hadisələr kollektiv yaddaşda dərin iz buraxıb. Xüsusilə 1667-ci ilin noyabrında baş vermiş və on minlərlə insanın həyatına son qoymuş zəlzələ, eləcə də 1902-ci ildə Şamaxını viran qoyan fəlakət bu qorxuların əsas səbəblərindən sayılır.

Daha yaxın tarixdə – 2019-cu ilin fevralında Qəleybuğurd, Qızmeydan və Nağaraxana kəndlərində baş verən zəlzələlər zamanı evlərin uçması və insanların xəsarət alması isə bölgənin hələ də risk zonasında olduğunu bir daha xatırladıb. Məhz bu səbəbdən son günlər müşahidə olunan seysmik aktivlik cəmiyyətdə eyni ssenarinin yenidən təkrarlana biləcəyi ilə bağlı narahatlıq yaradır.

Şamaxıda daha güclü zəlzələ baş verə bilərmi?

Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq, seysmoloq Ənvər Əliyevin sözlərinə görə, Şamaxıda ardıcıl baş verən zəif yeraltı təkanlardır və buna titrəyiş deyilir:

“Burada söhbət 3 və 3.8 bal gücündə olan maqnitudadan gedir. Bu cür titrəyişlər əksər hallarda yalnız seysmik stansiyalar tərəfindən qeydə alınır, nadir hallarda isə həssas insanlar hiss edir. Məhz buna görə də mütəxəssislər belə hadisələri klassik zəlzələlərdən daha çox mikrotəkanlar kimi qiymətləndirirlər. Bu tip seysmik aktivliklə bağlı elmi dairələrdə iki əsas yanaşma mövcuddur. Bir qrup tədqiqatçı hesab edir ki, belə ardıcıl zəif təkanlar gələcəkdə baş verə biləcək daha güclü zəlzələlərin xəbərçisi ola bilər. Digər yanaşmaya görə isə bu mikrotəkanlar Yer qabığında toplanmış enerjinin tədricən boşalması deməkdir və əksinə, yaxın perspektivdə güclü zəlzələ riskini azalda bilər. Hər iki fikir elmi arqumentlərlə əsaslandırılır və dünya praktikasında müəyyən nümunələrlə təsdiqini tapır”.

Ənvər Əliyev

Ekoloq deyib ki, ümumi mənzərəyə baxdıqda ehtiyatlı olmaq hər zaman vacibdir:

“Çünki Şamaxı zonası Azərbaycanın seysmik cəhətdən ən aktiv ərazilərindən biri hesab olunur. Tarixən bu bölgədə güclü zəlzələlər baş verib. Xüsusilə 1667-ci ildə Şamaxıda qeydə alınan dağıdıcı zəlzələ Qafqaz tarixinin ən ağır fəlakətlərindən biri sayılır və mənbələrə görə, on minlərlə insanın həyatına son qoyub. Hazırda müşahidə olunan zəif titrəyişlər belə fəlakətin təkrar olunacağı anlamına gəlmir. Mikrotəkanların bir müddət davam edib tədricən dayanması da mümkündür. Eyni zamanda müəyyən gücdə zəlzələlərin baş vermə ehtimalı tam istisna edilə bilməz”.

Mütəxəssis bildirib ki, seysmologiyada zəlzələnin dəqiq vaxtını, yerini və gücünü öncədən söyləmək mümkün deyil:

“Özünə hörmət edən heç bir alim bu barədə konkret proqnoz vermir. Mütəxəssislərin ümumi qənaətinə görə, hazırkı mərhələdə ciddi təşviş üçün əsas yoxdur. Sadəcə vəziyyəti diqqətlə izləmək, rəsmi qurumların və mütəxəssislərin açıqlamalarına istinad etmək lazımdır. Təcrübə göstərir ki, bu cür mikrotəkanlar çox zaman təhlükəli nəticə vermədən dayanır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri