Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Şamaxıda ər arvadına illərlə işgəncə verdi: siqaretlə yandırdı.. TƏFƏRRÜAT

Şamaxıda ər arvadına illərlə işgəncə verdi: siqaretlə yandırdı.. TƏFƏRRÜAT

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şamaxı rayonunda 50 yaşlı kişi həyat yoldaşına işgəncə verməkdə ittiham edilib.

Bakıvaxtı.az-ın Teleqraf-a isitnadən məlumatına görə, 1976-cı il təvəllüdlü İlyas rəsmi nikahda olduğu arvadı Gülsümü (adlar şərti verilib – red.) birlikdə yaşadıqları müddət ərzində mütəmadi olaraq döyüb, güclü fiziki ağrı və psixi iztirablarla müşayiət olunan hərəkətlər edib.

O, 2009-cu ilin yay aylarında yaşadığı Şamaxı rayonunun kəndində yerləşən fərdi yaşayış evində arvadının onun siqaretini gizlətməsini bəhanə edib və ona əzab vermək məqsədi ilə siqaret paçkasının içərisində olan siqaretləri yandıraraq, onun əllərinin üzərində söndürüb.

Növbəti dəfə İlyas qadına oxşar hərəkətləri 2010-cu ilin fevral ayında törədib. O, aralarında yaranmış mübahisə zamanı arvadını yaşadıqları evin həyətindəki pilləkəndən itələyərək, ona xəsarətlər yetirib.

Bundan əlavə, İlyas 2013-cü ilin yay aylarında yaranmış mübahisə zamanı fincanla qadının sağ qolundan vurub, 2018-ci il sentyabr ayında isə yaşadıqları evin həyətində aralarında yaranmış mübahisə zamanı ağacla başının sol tərəfindən vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan sonra o, 2023-cü yay aylarında həyətdə heyvanları sulamaq üçün dəmirdən “su axırı” düzəldən zaman zərərçəkmiş şəxsin dəmiri əyri qoymasını bəhanə edib və əlində olan dəmir parçası ilə onun sol qolundan zərbə yetirib.

Daha sonra o, arvadına qarşı bu əməli 2024-cü ilin avqust ayında törədib. Heç bir əsaslı səbəb olmadan qadınla mübahisə edib, yumruqla dodaq nahiyyəsindən zərbə vuraraq onu döyüb.

Sonuncu dəfə 2025-ci ilin martın 2-də həyat yoldaşına işgəncə hərəkətləri edib. O, həmin gün saat 13 radələrində yaşadıqları evdə olan zaman Gülsümün onun mobil telefonunu götürməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı qadının baş nahiyyəsindən iki dəfə zərbə vurub. Mobil telefonunu qaytarmadığını görən kişi arvadına xəsarət yetirmək və mobil telefonu almaq məqsədi ilə yerdən götürdüyü baltanı ona tərəf atıb. Balta qadının sol diz nahiyyəsinə dəyməsi nəticəsində xəsarət alıb.

İllərlə əri tərəfindən işgəncələrə məruz qalan qadın sonda dözməyib və hüquq-mühafizə orqanlarına şikayət edib.

“Qadınla yazışmağımdan şübhələndi”

İlyasın barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən İlyas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həyat yoldaşı Gülsüm ilə 2008-ci ildə ailə qurub və birgə nikahdan üç övladı var: “Hər bir ailədə olduğu kimi ara-sıra mübahisələrimiz olub. 2025-ci ilin martın 2-də, günorta saatlarında evdə olan zaman həyat yoldaşım mənim sosial şəbəkədə başqa qadınla yazışmağımdan şübhələndi, mənimlə mübahisə etməyə başladı və anidən telefonumu əlimdən alaraq, həyətə doğru getdi. Gülsümdən telefonumu qaytarmasını tələb etsəm də, buna əməl etmədi. Üstünə qışqırdandan sonra telefonu qaytardı”.

“İşgəncələr verməyim yalandır”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Gülsüm ondan pul istəyib və evdən gedəcəyini bildirib: “Sonra gördüm ki, Gülsüm pul götürüb, paltarlarını və sənədlərini götürərək, kiçik qızım ilə evdən çıxıb. Zənn etdim ki, qardaşıgilin evinə gedər və qayıdar. Sonradan isə mənə polisdən zəng gəldi. Bundan sonra bildim ki, məndən polisə şikayət edib. Zərərçəkmiş şəxsin polis şöbəsində bildirdikləri, yəni ailə həyatı qurduqdan sonra onu mütəmadi olaraq döyüb, işgəncələr verməyim yalandır. Sadəcə, 2025-ci ilin martın 2-də evdə olan zaman sosial şəbəkədə başqa qadınla yazışmağımdan şübhələnib, telefonumu götürərək qaçdığı üçün aramızda mübahisə yaranıb. Lakin həmin vaxt Gülsümü vurmamışam”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, həmin ifadəsində göstərib ki, əvvəllər ara-sıra mübahisələri olan zaman arvadı Gülsümə bir-iki şillə vurub: “Bir dəfə Gülsüm səhlənkarlıq edərək çayniki qaynatdı, qaynar su oğlumun üzərinə töküldü və onun bədəni yandı. Buna görə Gülsümü döydüm. Eyni zamanda arabir ailə mübahisələri zamanı Gülsüm məni əsəbləşdirdiyi üçün onu döymüşəm”.

“Siqareti dilinə basaraq söndürməyim yalandır”

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxsin əlində siqareti söndürməyi ilə bağlı söylədiyi fikirlər yalandır: “Yəni, zərərçəkmiş şəxsin ifadəsində bir neçə il bundan əvvəl onun siqaretini gizlətdiyi üçün əsəbləşərək, anasının evində onu döyməyim, öz evimə gətirməyim və evdə olan zaman bir paçka siqareti bir-bir yandıraraq onun əlinin üzərinə basaraq söndürməyim, qalan 4 ədəd siqareti isə onun dilinə basaraq söndürməyimi bildirsə də, həmin söylənən fikirlər yalandır. Mən heç vaxt onunla bu məzmunda mübahisə etməmişəm və onun əlinin və dilinin üzərinə siqarət basaraq söndürməmişəm”.

“Barəmdə böhtan xarakterli şikayət edib”

Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş şəxs ifadəsində təxminən iki il bundan əvvəl həyətdə heyvanları sulamaq üçün “su axırı” düzəldən zaman onu əlindəki dəmir parçası ilə döyməsi və sol qolundan vuraraq, ona xəsarət yetirməsi barədə dedikləri yalandır: “Mən heç vaxt Gülsümü səbəbsiz yerə döyməmişəm və işgəncə verməmişəm. Heç vaxt onun belindən şunur parçası ilə vurmamışam. Sadəcə olaraq, sonuncu dəfə aramızda mübahisə olduğundan hesab edirəm ki, Gülsüm barəmdə böhtan xarakterli şikayət edib. Gülsümün bədəni üzərində olan xəsarətlərin bir çoxu mənimlə ailə həyatı qurmamışdan əvvəl evlərində yaranıb. Bundan əlavə Gülsümün əlinin üzərində olan izlər isə siqaret izləri deyil, sadəcə olaraq onun əlinə ləkə düşüb. Bir dəfə isə o, yıxıldığı üçün baş nahiyyəsindən xəsarət alıb”.

“Yazışaraq gülümsədiyini gördüm”

İş üzrə zərərçəkmiş Gülsümün ifadəsinə görə, 2008-ci ildə İlyas ilə ailə qurub və birgə nikahdan Ruhiyyə, Əfsun və İslam adlı üç övladı olub: “2025-ci ilin martın 2-də evdə olan zaman İlyasın kiminləsə telefonda yazışaraq gülümsədiyini gördüm. Buna görə də onun telefonunu gizlin şəkildə götürərək baxdım. Bundan sonra yazışmaları ona göstərdim. Buna görə aramızda mübahisə yarandı. İlyas əlimdən telefonu alaraq, heç kimlə yazışmadığını bildirdi. Lakin İlyasa sübut etmək məqsədi ilə telefonu onun əlindən alaraq, həyətə qaçdım və qaça-qaça onun yazışmalarına girərək, bəzi yazışmaların şəklini çəkdim. İlyas da arxamca qaçdı. Mən qorxduğum üçün onun telefonunu yerə atdım. Bundan sonra paltarlarımı, sənədlərimi götürərək, qızım ilə birlikdə evdən getdim”.

Zərərçəkmiş deyib ki, aralarında mübahisə baş verən zaman övladları da evdə olub: “Həmin gün mübahisə zamanı və eyni zamanda əvvəlki dövrlərdə ərim məni döyməyib, heç bir xəsarət yetirməyib. Bədən səthimdə olan xəsarətlərin müxtəlif şəraitlərdə - əlimin sobaya toxunması, ayağımın daşa dəyməsi və digər bu kimi hallarda baş verib. İbtidai istintaq zamanı ərim tərəfindən mütəmadi olaraq döyülməm ilə bağlı ifadələri qardaşımın təkid etməsi nəticəsində vermişəm. Lakin həmin ifadələr həqiqət deyil. Baş vermiş hadisədən sonra İlyasla barışmışam”.

Qadın ibtidai istintaq zamanı verdiyi ifadəsində isə əri tərəfindən işgəncələrə məruz qalmasını etiraf edib. O, həmin ifadəsində göstərib ki, İlyas ilə ailə quran zaman əvvəllər münasibətləri yaxşı olsa da, sonradan onu mütəmadi olaraq evdə döyüb, ona işgənəclər verib.

Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb və İlyas 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib və o, təyin edilmiş cəzadan azad olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri