Icma.az
close
up
RU
Şamaxıda hərəyə 1 qol, 1 xal

Şamaxıda hərəyə 1 qol, 1 xal

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şamaxı – Araz-Naxçıvan 1:1 (1:0)
1. Rikardo Fernandes (k) – 5,5
82. Rüfət Abbasov – 6,5
4. Sezar Enrike – 6,0
44. David Santos – 5,0
3. Vladislav Veremeyev – 5,0
11. Dioqo Balau – 6,0
8. Alfons Msanqa – 5,5
13. Rikardo Apolinario – 5,0
97. Oruc Məmmədov – 4,5
(27. Emil Süleymanov, 46) – 5,0
9. Karim Rossi – 5,0
(5. Arsen Ağcabəyov, 77) – qiymətsiz
19. Abdullahi Şuaybu – 6,0
(80. Həbib İsmayılov, 89) – qiymətsiz
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
17. Rafael Məhərrəmli
21. Bilal İsmayılov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
24. Sənan Muradlı
6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rüfət Abbasov
12. Kristian Avram – 5,5
77. Bruno Franko – 6,0
(26. Ömər Buludov, 85) – qiymətsiz
29. Vanderson Melo – 5,5
3. Bəxtiyar Həsənalızadə - 5,5
34. Urfan Abbasov (k) – 6,0
6. Patrik Andrade – 6,0
(8. Coşqun Diniyev, 66) – 5,0
2. Qara Qarayev – 5,0
(19. Bar Kohen, 46) – 5,0
7. Hamidu Keyta – 5,0
(23. Nuno Rodriges, 46) – 5,0
11. Çanse Ba-Muaka Simakala – 5,5
(14. Ülvi İsgəndərov, 74) – 5,0
70. Şarl Boli – 6,5
10. Felipe Santos – 6,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
22. Elçin Mustafayev
24. Mustafa Əhmədzadə
17. İssuf Paro
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Şarl Boli
Qollar: R.Abbasov, 28 (1:0). Ş.Boli, 73 (1:1).
Vərəqələr: A.Msanqa, 44 (qeyri-idman hərəkəti). P.Andrade, 54 (qeyri-idman hərəkəti). V.Melo, 56 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 69 (hakimin qərarına etiraz). B.Franko, 78 (qeyri-idman hərəkəti). E.Süleymanov, 85 (qeyri-idman hərəkəti). Ü.İsgəndərov, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
27 sentyabr. Şamaxı. Şəhər stadionu. 1200 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 5, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Əvvəlki turda məğlub olan komandaların duelində hansı nəticənin qeydə alınacağını demək çətin idi. Ona görə ki, “Zirə”nin qonağı olan “Şamaxı” rəqibinə qorxulu anlar yaşatmış, hətta son dəqiqələrə qədər azı bir xala olan ümidləri diri saxlamışdı. “Qarabağ”a böyük hesabla uduzan “Araz-Naxçıvan”ın isə məğlubiyyətin təsirindən xilas olub-olmadığı bilinmirdi. Bu üzdən Şamaxıdakı oyunu izləməyə dəyərdi.

Meydan sahibləri ilk dəqiqələrdən göstərdiyi performansla futbolsevərlərə, ən əsası, azarkeşlərinə zövq verdi. İddialı rəqibi üzərində təzyiq yaratmağı bacaran “şirlər” 11-ci dəqiqədə hesabı aça bilərdi. Ancaq Şuaybunun “çərçivə”yə göndərmək istədiyi top Msanqanın toxunuşundan sonra istiqamətini dəyişdi. Daha doğrusu, qapının üstündən keçdi. Qonaqların öz oyununu oynamasına imkan verməyən “Şamaxı” 17-ci dəqiqədə daha bir bəxtsizliklə üzləşdi – Rossinin qolu sayıılmadı. Buna oyundankənar vəziyyətin qeydə alınması səbəb oldu.
Hər halda, meydan sahibləri 28-ci dəqiqədə qol istəyinə çatdı. Frankonun Balaunu kobud müdaxiləylə yerə sərməsinə görə təyin olunan cərimə zərbəsini yerinə yetirən Rüfət topu təxminən 25 metr məsafədən “doqquzluğ”a sancdı. Bir qədər sonra “Şamaxı”nın fərqi artırmaq üçün növbəti cəhdlərini izlədik. 31-ci dəqiqədə Şuaybu Enrikenin uzaqdan göndərdiyi topu qarşılayıb Rossiyə ötürmə verdi. Belədə qol vurmaq eşqinə düşən isveçrəli qeyri-dəqiq zərbəylə yadda qaldı. Ardınca Oruc bəxtini sınayanlar sırasına qoşulsa da, Avramla mübarizədən məğlub ayrıldı. Qısası, birinci hissə “Şamaxı”nın üstünlüyü şəraitində keçdi. Muxtar Respublika təmsilçisi isə heç də iddialı komanda təsiri bağışlamırdı.
Gözlənildiyi kimi, Elmar Baxşıyev 2-ci hissəyə dəyişikliklərlə başladı. Ümidləri doğrultmayan Qara Qarayevlə Hamidu Keyta yerini Bar Kohenlə Nuno Rodrigesə verdi. 47-ci dəqiqədə Rodriges qapıya zərbə ilə yadda qaldı. O başqa məsələ ki, üzərinə gələn topu qarşılamaq Rikardo üçün çətin olmadı. 53-cü dəqiqədə Msanqa rəqibinin aqibətiylə üzləşdi: Avramı “nişan aldı”. Bir qədər sonra Santos imkanı əldən verdi. Ona görə ki, Rikardo Patrikin qapı önünə göndərdiyi topa braziliyalıdan tez çatdı. Bir qədər sakit məcrada davam edən matçda növbəti qol vəziyyətini də qonaqlar yaratdı. 71-ci dəqiqədə fərqlənməyə yaxın olan Boli Fernandeslə bacarmadı. Meydanda qalan top Nunonun başla zərbəsindən sonra tirə dəydi.
Hər halda, qonaqlar hesabı bərabərləşdirə bildi. 73-cü dəqiqədə Felipenin dirəyi “nişan almasından” sonra meydanda qalan top Bolinin zərbəsi sayəsində tora qovuşdu. Əlbəttə, həm “Araz-Naxçıvan”, həm də “Şamaxı” qələbə qolunu vurmaq üçün səy göstərdi. Sadəcə, 88-ci dəqiqədə Urfan Rikardoyla mübarizədən məğlub ayrıldısa, 90-cı dəqiqədə Balau qeyri-dəqiq zərbə vurdu. Beləliklə, Şamaxıdakı matçda qalib müəyyənləşmədi.
Gözdən qaçmadı
// Şamaxılı azarkeşlər Anım günü münasibətilə “Şəhidlər ölməz, Vətən bölünməz” pankartı açdı.
// “Araz-Naxçıvan” şamaxılı azarkeşlərin təzyiqinə təkbaşına tab gətirməyə çalışdı. Ona görə ki, tribunada bu komandanı dəstəkləyən yox idi...
// Matçı izləyənlər arasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev və PFL prezidenti Elxan Səmədov da var idi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri