Şamaxıda maşın çökəkliyə düşdü 2 nəfər öldü
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 19-da baş verib.
Belə ki, Mətləb Aslanov idarə etdiyi “VAZ 21214” markalı avtomobillə Şamaxı–Çuxuryurd–Qızmeydan–Pirbəhli avtomobil yolunun Çuxuryurd kəndi ərazisində Qızmeydan istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yolun sağ kənarındakı nahamar səthli çökəkliyə aşıb. Qəza zamanı avtomobildə olan sərnişin Şövkət Aslanova hadisə nəticəsində ölüb.
Sürücü Mətləb Aslanov isə yaralı vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, avqustun 20-də müalicə aldığı xəstəxanada həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 21 Avqust 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















