Icma.az
close
up
RU
Şamaxıda olay: Ər arvadının burnunu sındırdı

Şamaxıda olay: Ər arvadının burnunu sındırdı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şamaxı rayonunda 1974-cü il təvəllüdlü Qafur ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Həcərə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 29 oktyabr 2024-cü ildə Şamaxı rayonunun qəsəbəsində baş verib. 
Şamaxı rayon sakini Qafur həmin gün saat 18 radələrində yaşadıqları evin hamamında aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruqla arvadının burun nahiyəsindən qəsdən bir dəfə vurub. Ona xəsarətlər yetirib. 
Hadisəni törədən Qafurun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qafur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Həcər ilə 2007-ci ildə ailə həyatı qurublar: “Birgə nigahımızdan üç övladımız dünyaya gəlib. Həyat yoldaşım ilə münasibətlərimiz həmişə yaxşı olub, aramızda heç bir münaqişə və ya dava-dalaş olmayıb”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü axşam saat 18 radələrində yaşadığı Şamaxı rayonunun qəsəbəsində yerləşən evə gəlib və evə gəldikdən sonra heyvanlara yemək verib: “Həyat yoldaşım hamamın peçini yandırmadığı üçün onunla aramızda mübahisə oldu. Çimmək məqsədi ilə hamamın peçinə odun ataraq qaladım. Bundan sonra həyat yoldaşım evdən hamama isti su gətirdi. Mən başımı yudum, daha sonra bədənimi yuyarkən həyat yoldaşıma “əgər sən bir saat əvvəldən hamamı qalasaydın, mən də normal isti hamamda çimərdim” söylədim. Bu zaman Həcər mənə “telefonun zaryatkası qurtarır, tez çim çıx” dedi. Bundan əsəbləşərək, sağ əlimin arxası ilə bir dəfə onun burnunun üstündən vurdum. Bundan sonra Həcər hamamdan çıxaraq evə getdi”. 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü diş həkiminə gedərək dişini çıxartdırıb, həmçinin evin işıqları söndüyündən çox əsəbi olub: “Həyat yoldaşım Həcərin hamamın peçini yandırmamasını gördüm, daha da əsəbləşdim. Həcəri sağ əlimin arxası ilə cəmi bir dəfə yaşadığımız evin hamamının içində vurdum. Hadisə təxminən 3-5 dəqiqə ərzində baş verdi. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Həcərin sözlərinə görə, hadisə günü saat 18 radələrində həyat yoldaşı Qafur yaşadıqları evə gəlib, heyvanlara yem düzəldərək verdikdən sonra çimmək istəməsini söyləyib: “Qızım ilə birlikdə Qafur hamamın peçinə odun ataraq qaladılar. Daha sonra mən evdə peçdə isitdiyim suyu hamama gətirdim  və həyat yoldaşıma suyun isti-soyuqluğuna baxmasını söylədim. Suyun isti-soyuqluğuna baxdıqdan sonra mən vedrə ilə suyu Qafurun başına tökdüm, o da başını yudu. Hamamda işıq yanmadığı üçün mən telefonla işıq tutdum. Qafur bədənini yuyan zaman telefona baxdım və “telefonun zaryatkası azdır, tez çim” dedim. Mən bu cümləni söyləyən kimi, Qafur sağ yumruğu ilə burnumun üstündən vurdu. Mənim burnum qanadı. Məni vurandan sonra həyətə çıxdım və evə getdim”.
Zərərçəkmiş qeyd edib ki, Qafurun bacısı Sevil bu zaman evdə olub və Sevil əlində olan parça ilə onun sifətinin qanını silib: “Bundan sonra mən bu barədə anama məlumat verdim. Anam da bizə gəldi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdikdən sonra Qafurun anası şikayət ərizəsi verməməyim üçün məndən təkidlə xahiş etdi. Mən isə polis əməkdaşına şifahi olaraq özümün Şamaxı rayon polis şöbəsinə yaxınlaşaraq şikayət ərizəsi verəcəyimi bildirdim. Həmçinin övladımın yanında şikayət ərizəsi yazmaq istəmədim. Daha sonra burnum çox ağrıdığından Şamaxı rayon Diaqnostika mərkəzinə müraciət etdim. Diaqnostika mərkəzində mənə burun sümüyümün sınmasını söylədilər. Bu səbəbdən həyat yoldaşımdan şikayətçi oldum”. 
Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Qafurun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri