Şamaxıda torpaq sürüşməsi oldu
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Şamaxı rayonunda torpaq sürüşməsi olub.
Avtosfer.az xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda baş verib, yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb.
Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.
Yerli sakinlərin bildirdiyinə görə, torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.
Hazırda kəndlə rayon mərkəzi arasında gediş-gəliş tam dayanmasa da, sürüşmə zonasından keçid avtomobillər üçün ciddi təhlükə yaradır. Əraziyə baxış keçirən Yol İdarəsinin əməkdaşları təhlükəli sahəni xüsusi xəbərdarlıq nişanları və lentlərlə işarələyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 23 Aprel 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















