Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

Şamaxinkada sürücülər 10 manata görə bir birini döydülər Bıçaqlanan var

Şamaxinkada sürücülər 10 manata görə bir birini döydülər Bıçaqlanan var

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda taksi sürücüləri arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 1-də paytaxtın Nəsimi rayonunda, “Şamaxinka” adlanan ərazidə yerüstü keçidin altında baş verib.
1996-cı il təvəllüdlü Quba rayon sakini Məhəmməd həmin gün saat 23 radələrində tanışı Süleyman Hacıyev ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş sözlü mübahisə zamanı sonuncunun onun sifət nahiyəsindən yumruq zərbəsi vurması səbəbindən qisas almaq niyyətilə üzərində olan bıçaqla ona iki zərbə yetirib. 
İş üzrə ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 19 yaşında cinayət törədib və məhkum edilib:
“Həmin məhkumluğuma görə heç yerdə iş tapa bilməmişəm. Məcbur qalaraq taksi fəaliyyəti ilə məşğul olmuşam. Süleymanla bir neçə şəxs mənə işləməyə imkan verməyiblər və olduqları yerə getməməyimi bildiriblər. Mən Süleyman və digər şəxslərlə söhbət etmişəm, başqa çıxış yolunun olmadığını bildirmişəm. Yaşlı bir adam gələrək nə baş verdiyini soruşdu və “işləmə deyirlər, işləmə” dedi”. 
Təqsirləndirilən şəxs deyib ki, daha sonra xəstə uşağı olan bir ailə gəlib, 40 manat pulları olduğunu və Qubaya getməli olduqlarını deyiblər: “Müştəri götürmək növbəsi Süleymanda olub, gediş haqqının 60-100 manat olduğunu dedi. Mən həmin şəxsləri 30 manata aparacağımı dedim. Süleyman və digər şəxslər də növbələrinə girdiyimi dedilər. Süleymana aparmaq istəyirsə, 20 manat da mənim verəcəyimi, 60 manata aparmasını dedim. Süleyman da avtomobilinin 6 nəfərlik olduğunu və 90 manatdan aşağı qiymətə aparmadığını dedi. Mən də ailəni götürərək getdim. Yolda olanda Süleyman zəng edərək “sən bura qayıtsan, işləyə bilməyəcəksən” dedi. Bundan bir gün sonra, saat 11 radələrində Süleyman gələrək mənə “işə getməyəcəksən” dedi. Mən avtomobili ustaya apardım, qayıdanda Süleyman da orda idi. Axşam saat 10 radələrində Şahmargil qayıtdı, çayxanada oturanda məndən iş barədə soruşdu. Mən də işin olmadığını dedim. Süleyman günortadan içkili olub, Elçin adlı şəxs də orda olub. Süleyman mənə “maşında otur, sənə başa salacam” dedi. Mən də maşına oturdum. Elçin də maşına mindi, Süleymanı sakitləşdirməyə çalışdı. Süleymanla yolda barışdıq. Sonra çayxanada oturduq. Süleyman çayxanada pivə içdi və yenə mənə söz deməyə başladı”. 
Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt Şahmar ona getməyi təklif edib və oradan gediblər: “Yenidən Süleymanla qarşılaşanda içkili olduğu üçün ona uzaqlaşmağı təklif etdim. Süleyman nalayiq danışmağa başladı. Mənim gözümə yumruq vurdu. Mən də onu vurdu. Süleyman məni yerə yıxaraq boğmağa başladı. Mən yumruqla Süleymanı uzaqlaşdıra bilmədim, mobil telefonla vurmaq istədim. Lakin əlimi cibinə atanda telefonla eyni tərəfdə olan bıçaq əlimə gəldi və həmin bıçaqla Süleymanın qolundan bir dəfə vurdum. Mənim Süleymanı öldürmək niyyətim olmayıb. Şahmardan tibbi yardım çağırmasını xahiş etdim. Süleymana xəstəxana xərclərini ödəmişəm və həmin gün Süleymanla barışmışam”. 
Zərərçəkmiş Süleyman ifadəsində göstərib ki, taksi fəaliyyəti ilə məşğul olur: “Məhəmmədlə hadisədən bir neçə gün əvvəl mübahisələrimiz yaranmışdı. Hadisə günü, gecə saatlarında kafedə Məhəmmədlə rastlaşdım. Bu vaxt içkili olmuşam, söhbət etməyə başlamışam. Məhəmməd də mənim içkili olduğumu bildirdi və bir gün sonra danışmağı təklif etdi. Lakin Məhəmmədlə razılaşmadım və yenə mübahisəmiz yarandı. Səs-küyü eşidərək Məhəmmədin qardaşı da kafeyə gəldi. Məhəmməd qardaşı ilə kafedən çölə çıxdılar. Mən də arxalarınca çıxaraq Məhəmmədi çağırdım. Məhəmmədə əl-qol atdım və dava etməyə başladım. Məhəmmədə bir neçə yumruq vurdu. Məhəmmədə qarşılıq verməyə çalışsam da, mənim idmançı olmam və müqavimət göstərməyim səbəbi ilə Məhəmməd müqavimət göstərə bilmədi. Mən yumruq vuranda Məhəmməd yerə yıxıldı. Mən də Məhəmmədin üzərinə yıxıldım, arxa tərəfindən boyun nahiyyəsindən tutaraq boğmağa başladım. Buna görə də Məhəmməd bir dəfə arxaya bıçaq ataraq sol qolumdan bıçaqla vurdu. Lakin bıçaq sürüşərək ağ ciyərimə də dəydi. Bıçaqdan sonra Məhəmmədi buraxdım. Məhəmməd də dayandıqdan sonra məni vurmadı”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhəmməd 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri