Icma.az
close
up
RU
Şamdakı son gecə: Əsədin qaçış planı ifşa oldu İki müşavir, qızıl çantalar və Moskva

Şamdakı son gecə: Əsədin qaçış planı ifşa oldu İki müşavir, qızıl çantalar və Moskva

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ilin son günlərində Suriyada gözlənilməz hadisələr baş verdi və bu hadisələr Bəşər Əsəd rejiminin süqutu ilə nəticələndi. Vətəndaş müharibəsinin başlanmasından bəri çətin dövrlərdən keçən, lakin hakimiyyətdə qalmağa müvəffəq olan Suriya rejimi çökərkən, dünyanın diqqəti təxminən 50 ildir ölkəni zorakı üsullarla idarə edən Əsədin qaçdığı təyyarəyə yönəldi. Rejimə qarşı qüvvələr paytaxt Dəməşqə daxil olmağa başladıqda, təkcə Əsəd deyil, onun rəhbərlik etdiyi rejimin əsas fiqurları da ölkədən çıxmaq üçün zamanla yarışırdı.




Dəməşqdə son gecə

Qaynarinfo xəbər verir ki, 8 dekabr 2024-cü ilin ilk dəqiqələrində Suriya paytaxtı Dəməşqdə fövqəladə hərəkətlilik müşahidə olunurdu. 61 illik Baas Partiyası və 54 illik Əsəd hakimiyyətinə qarşı çıxan qüvvələr şəhərə girərkən, Dəməşq beynəlxalq hava limanında da hərəkətlilik yaşanırdı. Rejimin əsas fiqurları ailələri ilə birlikdə ölkəni tərk etməyə cəhd edirdi.

Rejimin süqutundan sonra ölkədən qaçanlar arasında 13 illik müharibənin ən qanlı qətliamlarından birinə görə "Dərya Qəssabı” adlandırılan Hərbi Hava Qüvvələrinin kəşfiyyat rəhbəri Qahtan Xəlil, keçmiş müdafiə nazirləri Əli Abbas və Əli Abdullah Əyyub, eləcə də vətəndaşlara qarşı işgəncə və zorakılıqlarda iştirak etməkdə ittiham olunan Baş Qərargah rəisi Əbdül Kərim İbrahim də var idi. 


Suriyanın ən yüksək vəzifəli şəxsləri arasında olan Əli Abbas, Əli Əyyub və Əbdülkərim İbrahim

"The New York Times” qəzetinin (NYT) iki keçmiş rejim rəsmisinə əsaslanan məlumatına görə, bu şəxslərin bir qismi təyyarə, bir qismi isə qayıq və ya quru yollarla ölkəni tərk etmişdi.

Bəzi şəxslər Rusiya səfirliyinə sığınmış, digərləri isə üsyançı qüvvələrin nəzarət məntəqələrindən gizli şəkildə keçərək qaça bilmişdi. Rejimin çökməsi və rəhbərlərinin qaçmasından sonra Suriya minlərlə qurban üçün "cinayət səhnəsinə” çevrildi.

Yeni hökumətin axtarış planı

Yeni hökumət ölkədə siyasi sabitliyi bərpa etməyə çalışmaqla yanaşı, keçmiş rejim dövründə vəzifədə olmuş şəxslərin sənədlərini, kompüterlərini və telefonlarını araşdıraraq onların gizləndiyi yerləri müəyyən etməyə çalışır. BMT tədqiqatçıları və suriyalı vətəndaş cəmiyyətləri də bu prosesə sübut və şahid toplamaqla yardım edir.

"The New York Times” bildirir ki, keçmiş rejimdə yüksək vəzifə tutmuş 55 şəxs barəsində araşdırmalar davam edir. Bu şəxslərin çoxu beynəlxalq sanksiya siyahılarında yer alır və Suriyanın son onilliklərdəki ən qanlı hadisələri ilə əlaqələndirilir.

Əsəd və yaxın çevrəsi Moskvada

Keçmiş rejim mənbələrinin məlumatına görə, Bəşər Əsəd rejim devrildikdən sonra Rusiya paytaxtına qaçıb və Moskvanın ona ayrılmış iqamətgahında yaşayır. Qardaşı Mahir Əsəd və bəzi yüksək vəzifəli şəxslər də onunla birlikdə oradadır.


Mahir Əsəd

Baas dövründə orduda mühüm vəzifə daşıyan general Qiyat Dəlla və digərləri hazırda Livanda yaşayır, bəzi keçmiş zabitlərlə əlaqə saxlayır. Araşdırmalara görə, bir çox keçmiş rejim yetkilisi saxta adlarla Suriya pasportları əldə edərək müxtəlif ölkələrə sığınıb.

Paris mərkəzli Suriya Media və İfadə Azadlığı Mərkəzinin rəhbəri Məzən Darviş bu barədə deyib: "Bu insanların azad şəkildə səyahət etməyə, yeni pasportlar almağa və yoxa çıxmağa kifayət qədər maliyyə imkanları var".

Qaçış planı

Rejim rəsmilərinin ölkədən qaçışı 7 dekabrı 8 dekabra bağlayan gecə başladı. O gecə sarayda olanlar Əsədin hansı addımı atacağını gözləyirdi. Qısa müddət sonra Əsəd ailəsinin olduğu evə gedərək rus zabitlərinin müşayiəti ilə üç avtomobildən ibarət kortejlə Dəməşqdən ayrıldı. O, yalnız iki maliyyə müşavirini özü ilə apardı. Mənbələrə görə, bu şəxslər Əsədin Rusiyadakı maliyyə vəsaitlərinə çıxışını təmin etmək üçün seçilmişdi.


Hmeymim bazası

Əsəd və yaxınları rusların nəzarətində olan Hmeymim hərbi bazasına uçdu. Bu vaxt rejim qarşıtı qüvvələr artıq Dəməşqə daxil olurdu. Qısa müddət sonra Müdafiə Nazirliyində toplanan yüksək vəzifəli şəxslər Qahtan Xəlilin təşkil etdiyi YAK-40 tipli təyyarə ilə gecə saat 01:30 radələrində şəhəri tərk etdilər.

"Xaos dolu gecə”

Mahir Əsədin də eyni gecə evindən ayrılaraq özünə ayrılmış təyyarə ilə Hmeymim bazasına uçduğu bildirilir. Görgü şahidlərinin sözlərinə görə, bazaya gələnlər nağd pul və qızıl dolu çantalarla gəlir, ətrafda hərbi geyimlər atılmış vəziyyətdə idi. Bazada gecə boyu xaos hökm sürmüşdü.

Kimyəvi silahlarla əlaqəli olduğu deyilən general Bəssam Həsən isə ailəsi ilə birlikdə avtomobillə ölkəni tərk edib. O, əvvəlcə Livana, daha sonra İrana keçib, lakin sonra yenidən Livana qayıdıb və "The New York Times”ın müsahibə təklifini rədd edib.

Hazırda Suriya yeni siyasi quruluşun formalaşması və ölkənin bərpası istiqamətində addımlar atmağa çalışır. Lakin keçmiş rejimdə yer alan bir çox şəxs artıq ölkəni tərk edib. Mənbələrin sözlərinə görə, Əsədin adamları Moskvada viski içib kart oynayır və ya BƏƏ villalarında istirahət edir, Suriya deyilən yeri çoxdan unudublar.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri