Samet Akaydından sərt reaksiya “Saça, saqqala qarışmaq mənasızdır”
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Türkiyə millisinin müdafiəçisi Samet Akaydın DÇ-2026-da Paraqvayla oyun öncəsi açıqlama verib.
Apasport.az xəbər verir ki, təcrübəli futbolçu ilk turda Avstraliyaya məğlubiyyətdən sonra həm komandadakı əhval-ruhiyyə, həm də futbolçulara yönələn tənqidlər barədə danışıb.
Samet Akaydın yığma üzvlərinin məğlubiyyətdən sonra çox məyus olduğunu bildirib:
“İnsanlar elə bilir ki, biz məyus deyilik. Elə bir şey yoxdur. Səhərə qədər yata bilmədik. Həddindən artıq kədərli idik”.
Müdafiəçi futbolçuların xarici görünüşü ilə bağlı sosial şəbəkələrdəki tənqidləri də düzgün saymadığını söyləyib:
“Bir insanın saçına, saqqalına, bığına qarışmaq mənə çox mənasız gəlir. Bizim də ailəmiz var, biz də bu formanı daşıyırıq. Meydanda ən yaxşısını etməyə çalışırıq”.
Samet Akaydın buna baxmayaraq, komandanın Paraqvayla oyuna kökləndiyini bildirib. O, millidə əhval-ruhiyyənin bərpa olunduğunu və qarşıdakı görüşə qələbə üçün çıxacaqlarını qeyd edib.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparır. “Ay-ulduzlular” 0:2-lik Avstraliya məğlubiyyətinin ardınca qrupdakı ikinci oyununda Paraqvayla üz-üzə gələcək.
DÇ-dən sonra vida – Martinez Portuqaliyadan ayrılır Bernardo Silva “Real”a keçir: MÜQAVİLƏ İMZALANIB "Udineze"dən Zaniolo qərarı: KOMANDADA QALACAQ “Lans”ın yeni baş məşqçisi bilindi: Almaniyalı mütəxəssis “Real” Rüdigerlə bağlı qərarını verdi - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 17 İyun 2026 03:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















